Suriya təhlükəsizlik qüvvələri mərkəzi Homs vilayətində azı iki adamı öldürüblər. Dünən prezident Bəşər Əsədə sadiq qüvvələr ölkə boyu 28 nümayişçini qətlə yetirmişdilər.
Prezident Bəşər Əsəd BMT baş katibini hərbi əməliyyatları dayandrıcağına əmin etməsinə bamxyaraq nümayişçilərə qarşı basqılar tam gücü ilə davam edir.
Hərbi əməliyyatlar əsasən Latakiya, Deir əl-Zur və Həma şəhərlərini hədəf alıb.
Cümə axşamı ABŞ və Qərb qüdrətləri ilk dəfə olaraq Suriya prezidenti Bəşər Əsədi istefa verməyə çağırdılar. ABŞ hökuməti rəsmi Dəməşqə qarşı yeni sanksiyalar açıqlayıb.