Accessibility links

BMT Avropa İttifaqını 200 min qaçqını qəbul etməyə çağırıb


Almaniya qaçqın statusu ilə 800 min mühaciri qəbul edəcəyini elan edib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Avropa İttifaqını kütləvi məskunlaşma proqramı altında Avropa İttfaqında sığınacaq axtaran miqrant axınını azaltmaq üçün 200 min qaçqını qəbul etməyə çağırıb.

Antonio Quterres Avropa İttifaqının məsələ ilə bağlı fikir ayrılıqları yaşadıqlarını və bundan təkcə qaçaqçılar və insan alverçilərinin faydalanacağını düşündüklərini bildirib.

Macarıstanın Biçkedə şəhərində isə yüzlərlə qaçqın Budapeştdə mindikləri qatardan enməkdən imtina edirlər. Onlar Almaniyaya getməyə ümid edirlər, Almaniya isə qaçqın statusu ilə 800 min mühaciri qəbul edəcəyini elan edib.

Macarıstan rəsmiləri israr edir ki, Avropa İttifaqının qanunlarına əsasən miqrantları ilk öncə onlar qeydiyyata almalıdırlar. 28 üzvlük Avropa İttifaqı qaçqın məsələsi ilə bağlı sentybarın 14-də iclas keçirməyi planlaşdırır.

XS
SM
MD
LG