Accessibility links

Macarıstan mühacirlərin Avstriya və Almaniyaya keçmələrinin qarşısını alır


Macarıstan rəsmiləri Budapeştin əsas dəmiryol vağzalını bağlayaraq yüzlərlə mühacirin yollarına davam etmələrinin qarşını alıb

Macarıstan rəsmiləri Budapeştin əsas dəmiryol vağzalını bağlayaraq yüzlərlə mühacirin yollarına davam etmələrinin qarşını alıblar. Onların əksəriyyəti Yaxın Şərqin münaqişə getdiyi yerlərindən gəliblər və Avstriya, ya da Almaniyaya keçməyə çalışırlar.

Çərşənbə axşamı Şərqi Dəmiryol vağzalında reproduktorda səsləndirilən elanda xəbərdarlıq olunan qədər vağzaldan heç bir qatarın tərpənməyəcəyini və bura heç bir qatarın gəlməyəcəyi bildirilib. Bütün sərnişinlərin dərhal ərazini tərk etmələri tələb olunub.

Yüzlərlə polis mühacirləri vağzaldan çıxarıb və onların geri daxil olmasının qarşısını alıb. Heç bir qarşıdurma baş verməyib. Amma bir gün öncə yüzlərlə insan Vyanaya hərəkət edən qatara minməyə çalışanda polis onların qarşısını alıb.

Avstriya rəsmiləri bildirib ki, bazar ertəsi Vyanaya ümumilikdə 3650 mühacir gəlib. Bu isə bu il ərzidə şəhərə bir gündə daxil olan ən yüksək mühacir sayıdır.

Bu, Avropa İttifaqında sığınacaq axtaran mühacir axını hallarının sonuncusudur.

Avropa İttifaqının qanununlarına əsasən, mühacirlər ilk daxil olduqları ölkədən sığınacaq istəməlidir. Bu isə deməkdir ki, texniki olaraq Macarıstan mühacirlərin Avsrtiya və Almaniyaya keçmələrinin qarşısını alır, çünki onların əksəriyyəti o, ölkələrə getmək istəyir.

Lakin qanunlar mühacirlərin taleyinin qeyri-müəyyən qalmasına gətirib çıxarıb, çünki onların çoxunun nə lazımi sənədləri, nə də qatar bileti almağa pulları var. Bəziləri vağzalın yanında çadır düzəldib, orada qalır.

XS
SM
MD
LG