Accessibility links

Stefan Şennak: "Müxalifətin öz mövqeyini ifadə etmək hüququ var"


Stefan Şennak: "Müxalifətin öz mövqeyini ifadə etmək hüququ var"
please wait

No media source currently available

0:00 0:05:35 0:00

“Mən dərin narahatlığımı ifadə edirəm və Azərbaycan hökümətinə Avropa Şurasına daxil olanda ifadə azadlığını təmin edəcəklərinə razılaşdıqlarını xatırlatmaq istəyirəm” - Avropa Şurası Parlament Assambleyasının həmməruzəçisi Stefan Şennak Amerikanın Səsinə müsahibədə bildirib.

Stefan Şennak müsahibəsində Azərbaycanda müxalifətə qarşı təqiblər, AŞPA məruzəçilərinin son bəyanatı və sanksiya çağırışlarını müzakirə edib.

Amerikanın Səsi: Cənab Şennak, Azərbaycanda bir neçə aydır, xüsusilə də 14 iyulda Azərbaycan ordusuna dəstək yürüşündən sonra müxalifətə qarşı təqiblər davam edir. Sizin buna münasibətiniz nədir?

Stefan Şennak: Mən dərin narahatlığımı ifadə edirəm və Azərbaycan hökümətinə Avropa Şurasına daxil olanda ifadə azadlığını təmin edəcəklərinə razılaşdıqlarını xatırlatmaq istəyirəm. Amma son bir neçə ayda bu baş vermir. Bunun əvəzinə Xalq Cəbhəsi partiyasının yarısı həbs olunub. Bilmirəm nə üçün. Onlar heç parlamentdəki müxalfət deyillər. Bu cür müxalifətin öz mövqyeini ifadə etmək haqqı var. Bu, demokratiyada normal bir haldır. Ölkədə heç kəs təhlükədə deyil ki, onlar bu cür reaksiya verirlər.

Amerikanın Səsi: Həbs olunanlar arasında Fuad Qəhrəmanlı da var və ona qarşı bir neçə ittihamla yanaşı həm də hakimiyyəti zorla ələ keçirmə ittihamı da irəli sürülüb. Siz bu ittiham barədə nə deyə bilərsiniz?​

Stefan Şennak: Fuad Qəhrəmanlı çox yüksək intellektli siyasi xadimdir. Mən o, həbsdə ikən də, həbsdən çıxandan sonra da onunla şəxsən görüşmüşəm.

O, anarxist və ya məhvedici bir insan deyil. Mən dəqiq nə baş verdiyini bilmirəm. Mən cənab Qəhrəmanlı ilə birbaşa əlaqədə olmamışam. Amma bizim bəyanatımızdan da gördüyünüz kimi biz onun dərhal sərbəst buraxılmasına çağırıq. Və biz məruzəçilər olaraq Azərbaycana gedəndə cənab Qəhrəmanlı ilə birbaşa danışacağıq.

Amerikanın Səsi: Sizə həbs olunan insanlara qarşı işgəncə ilə bağlı hər hansı məlumat daxil olubmu?​

Stefan Şennak: Biz Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin başçısına yazmışıq. Amma cavab olaraq monitorinq komitəsinin sədrinə ünvanlanan çox soyuq məktub almışıq. Məktubda iki məruzəçinin, belə desək, qəbuledilməz olduğu deyilir. Amma biz sadəcə işimizi görürük və bizim işimiz bir ölkədəki cəmiyyətin bütün tərəflərini dinləməkdir - haimiyyətdə olanları da, olmayanları da, vətəndaş cəmiyyətini də, insan haqları müdafiəçilərini də. Və məncə hökümət bilməlidir ki, bu, bizim vəzifəmizdir. Mən artıq beş ildir Azərbaycan üzrə məruzəçiyəm. Mən ölkədəki bir çox maraqlı tərəflərlə əlaqədə olmuşam. Buna müxalif partiyaları da və prezident özü də daxildir. ​

Amerikanın Səsi: Siz bəyanatınızda 2322 saylı qətnamənin icrası və Azərbaycanda siyasi məhbuslarla bağlı görülən işlər barədə Azərbaycan nümayəndə heyətindən məlumat almağa çalışacağınızı demisiniz və eyni zamanda qeyd etmisin ki, mövcud vəziyyəti Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri ilə birbaşa yazışmalar yoluyla müzakirə etmək istəsəniz də, imtina almısınız. Bəs onda siz onlarla müzakirələri başqa hansı yollarla aparmağı düşünürsünüz?​

Stefan Şennak: Biz onlara məktub yazdıq və təkcə dolayı cavab aldıq. Onların cavabı birbaşa bizə deyil, komitənin sədrinə ünvanlanmışdı. Mən bunun dostca bir məktub olmadığını düşünürəm. Bu məktubda müzakirələr dəstəklənmirdi və bizim tələb etdiyimiz izahat yox idi. Biz Azərbaycandan hər gün müxtəlif QHT-lərdən, partiyalardan və insan haqları müdafiəçilərindən məlumat alırıq. Eyni zamanda biz höküməti bizə bəzi şeyləri izah etməyə çağırırıq və onlardan bu izahatı gözləyirik. ​

Amerikanın Səsi: Sizcə Azərbaycandakı təqiblər daha nə qədər davam edəcək?​

Stefan Şennak: Yaxşı sualdır. Artıq tənqid yazan heç kəs öz bəyanatında Azərbaycana sanksiya tətbiq olunmalıdır yazmır. Bəlkə də bu, Avropa İttifaqında olar, amma Avropa Şurasında olmaz. Avropa Şurasında biz dəyərlərimiz, yəni qanunun aliliyi, demokratiya, insan haqları və azadlıq uğrunda mübarizə aparırıq. Və məncə bir ölkəni şuradan uzaqlaşdırmağın heç bir mənası yoxdur, çünki Azərbaycan hökümətinin respublika və demokratiyanın nə olduğunu anlamaq üçün Avropa Şurasına və Avropa İnsan Haqları Məhkəməsinin yardımına ehtiyacı car. Bu isə insan haqlarına, toplaşma azadlığına və mətbuat azadlığına hörmət deməkdir.

Amerikanın Səsi: Siz sanksiyalar məsələsinə toxundunuz. Və Azərbaycanda bir çox insan haqları müdafiəçiləri və Avropa İttifaqındakı bəzi siyasətçilər Azərbaycanda insan haqlarını pozalarla qarşı sanksiyalara çağırıb. Sizin sanksiyalara münasibətiniz nədir? Onlara ehtiyac varmı və effektiv olacaqlarmı​?

Stefan Şennak: Mən sanksiya tərəfdarı deyiləm. Mən başa düşürəm ki, hazırda Azərbaycandakı müxalifət özünü yalnız hiss edir və ona görə də sankiya tələb edir.

Mən Avropa Şurasının Rusiyaya qarşı sankisyalarında aktiv iştirak etmişəm. Sonda isə biz onlarla yenidən işləməyin yollarını tampaqda çətinlik çəkdik. Mən Azərbaycanla, xüsusilə də Avropa Şurasının bütün prinsip və dəyərlərini həyata keçirməyən ölkələrdə eyni vəziyyətin təkrarlarnamamalı olduğunu düşünürəm. Bizim sanksiyamız əlaqədə qalmaq, bu cür hesabatlar hazırlamaq, problemlərə diqqət çəkmək, insan haqları məhkəməsinin qərarlarının icra olunmasını təmin etməkdir. İlqar Məmmədovun işində Nazirlər Komitəsi səsvermə hüququnu ala biləcəklərini demişdi. Bu, Parlament Assambleyasından fərqlidir.

XS
SM
MD
LG