Accessibility links

S&D fraksiyası Avropa İttifaqını Azərbaycanda repressiya aparan rəsmilərə qarşı sanksiyalar tətbiq etməyə çağırır


Sosialistlər və Demokratlar (S&D) Qrupunun vitse-prezidenti Kati Piri Azərbaycanda müxalifət fəallarının kütləvi həbslərinə reaksiyasında repressiyaya cavabdeh rəsmilərə qarşı sanksiyalar tətbiq edilməsinə çağırıb.

"Bizi Azərbaycanın hüquq-mühafizə orqanlarının AXÇP-nin sədr müavini Fuad Qəhrəmanlınn ağır işgəncələrə məruz qaldığına dair inadırıcı məlumatlar narahat edir," Piri bildirib. "Qəhrəmanlı Prezident İlham Əliyev rejimi tərəfindən çevriliş hazırlamaq ittihamı ilə həbs olunan, hazırda AXCP sədri Əli Kərimli ilə qanunsuz olaraq de-fakto ev dustaqlığına məruz qalan onlarla müxalif şəxs arasındadır.

"Bu məsuliyyətsiz hərəkətlər prezident Əliyevin çıxışlarında dəfələrlə 'beşinci kolon' və 'satqın' kimi qələmə verdiyi müxalifətçiləri qorxutmaq, təcavüz və həbs kimi sistematik kampaniyasının bir hissəsini təşkil edir. Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq, hüquqşünasları və ailələri ilə əlaqə kimi əsas hüquqlarından məhrum edilir. Prezident Əliyevin COVID-19 pandemiyasından və Ermənistanla hərbi gərginlikdəki son sıçrayışdan ölkədə siyasi müxalifətin qalan hissələrini məhv etmək üçün bir bəhanə kimi istifadə etməsi yolverilməzdir."

“Azərbaycandakı vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə baş nümayəndəsi Cosep Borrelli gecikdirilmədən Aİ-nın insan haqlarının hədəf alınması təşəbbüsü çərçivəsində Azərbaycanda zorakılıqların, ölkədə siyasi müxalifət və vətəndaş cəmiyyətinin repressiyalarının cavabdehliyini daşıyan məmurlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırırıq."

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycanda kütləvi həbslərlə bağlı birgə bəyanatla çıxış edib.

Avropa Şurasının rəsmi saytında yerləşdirilən bəyanatı Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyadan olan deputat Sunna Evarsdottir, Azərbaycandakı ümumi durum üzrə həmməruzəçilər Ştefan Şennak (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) imzlalyıb.

"Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalardan sonra keçirilən nümayişə görə kütləvi şəkildə həyata keçirilən həbslərdən ciddi narahatıq. Bizi xüsusən həyəcanlandıran saxlanılan şəxslərdən dövlət çevrilişi barədə yalan ifadə almaq üçün onlara işgəncə verilməsi haqda məlumatlardır. Bu kontekstdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıya qarşı irəli sürülmüş ittiham bizi xüsusən narahat edir,” həmməruzəçilər bildirir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç də S&D Qrupunun çağırışına qoşularaq ABŞ hökumətini Azərbaycan liderlərinə qarşı Qlobal Maqnitski Aktında nəzərdə tutulan sanksiyalar tətbiq etməyə çağırıb.

"Rejim və onun Bakıdakı hökmranları COVID-19 pandemiyasından və Ermənistanla konfliktdən istifadə edərək özlərinə qarşı çıxan hər kəsi həbs etməyə və onlara işgəncə verməyə bəraət qazandırırlar," Kazlariç Facebook mesajında yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG