Accessibility links

Human Rights Watch: Leyla və Arif Yunuslar dərhal azad buraxılmalı və cinayət təqibi dayandırılmalıdır


human rights watch
human rights watch

"Azərbaycan hakimiyyəti Leyla və Arif Yunusları dərhal azad buraxmalı və onlara qarşı cinayət təqibini dayandırmalıdır».

"Human Rights Watch" beynəlxalq insan haqları təşkilatı avqustun 6-da yaydığı bəyanatda yaşlı hüquq müdafiəçilərinin səhhətinin ağır durumda olduğunu bildirir. Belə ki, avqustun 3-də məhkəmədə Arif Yunusun qan təzyiqi qalxıb. Ona tibbi yardım göstərilsə də, vəziyyəti yaxşı deyil.

İnsan haqları müdafiəçisi Leyla Yunus və əri, tarixçi alim Arif Yunus dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

"Qapını qıfıllayıb Leyla və Arif Yunusları mühakimə etmək ədalətin parodiyasıdır, ancaq onların səhhətinin ağır olmasına baxmayaraq, məhkəməni davam etdirmək mənfur hərəkətdir". "Human Rights Watch"un Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson deyib.

"Məhkəmə zalında otura bilməyən yaşlı kişini məhkəməyə gətirmək bu məzhəkənin məqsədinin – siyasi məhkəmə şousu olduğunu ortalığa qoyur".

Bəyanatda müstəqil jurnalistlərin və müşahidəçilərin məhkəməyə buraxılmaması da qeyd olunur.

"Leyla və Arif Yunuslara həbsxana deyil, tibbi müalicə lazımdır", Williamson deyib.

"Azərbaycanın beynəlxalq tərəfdaşları ədalətin bu cür məsxərəyə qoyulmasını qətiyyətlə və birmənalı şəkildə pisləməlidir".

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq tənqidləri qəbul etmir. Ölkənin yüksək rəsmiləri hüquq və azadlıqların tam bərpa olunduğunu bildirir.

XS
SM
MD
LG