Accessibility links

Dövlət ittihamçısı Leyla Yunusa 11 il, Arif Yunusa 9 il həbs cəzası istəyib [Videolar]


Məhkəmədə Arif Yunusun yenidən halı pisləşib
please wait

No media source currently available

0:00 0:01:34 0:00

Məhkəmədə Arif Yunusun yenidən halı pisləşib

Məhkəmədə Arif Yunusun səhhəti yenidən pisləşib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Leyla və Arif Yunusların məhkəməsi-ictimaiyyət məhkəməyə buraxılmır
Leyla və Arif Yunusların məhkəməsi-ictimaiyyət məhkəməyə buraxılmır

Əvvəlcə dövlət ittihamçısı Fərid Nağıyev təqsirləndirilən şəxslərə ittihamları səsləndirib və bu ittihamların məhkəmə yolu ilıə tam sübuta yetirildiiyini bildirib.

Dövlət ittihamçısı məhkəmədən L.Yunusa 11 il, A.Yunusa isə 9 il həbs istəyib.

Məhkəmə prosesi avqustun 10-da saat 10.00-da vəkillərin çıxışı ilə davam edəcək.

***

Almaniya səfirliyinin nümayəndəsi məhkəməyə buraxılmayıb
please wait

No media source currently available

0:00 0:01:01 0:00

Almaniya səfirliyinin nümayəndəsi saat 11 radələrində məhkəmə zalının girişindəki koridora dəvət edilb və zala buraxılacağı vəd edilib. Lakun səfirliyin nümayəndəsi 35 dəqiqə qıfıllı qapı arxasıbda saxlandıqdan sonra məhkəmə zalına buraxılmayıb. Diplomat qaldığı koridorun giriş qapısının qıfılı açılıb və o məhkəmə binasını tərk edib.

***

Avqustun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi davam edib.

Leyla və Arif Yunusların məhkəməsi - diplomatlar zala buraxılmır
Leyla və Arif Yunusların məhkəməsi - diplomatlar zala buraxılmır

Əvvəlki günlərdə olduğu kimi bu dəfə də məhkəmə administrasiyası müstəqil mətbuatın və demokratik ictimaiyyətin nümayəndələrini zala buraxmayıb. Bundan əlavə, bu gün qərb diplomatlarının da girişi məhdudlaşdırılıb. Prosesə yalnız ABŞ, Böyük Britaniya və Fransa diplomatik missiyalarının nümayəndələri buraxılıb. Almaniya, Hollandiya səfirliklərinin və Avropa İttifaqının təmsilçiləri təkid etsə də məhkəmə binasına buraxılmayıb.

Leyla və Arif Yunusların məhkəməsi yenə qapalı keçirilir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Avropa İttifaqı, Hollandiya və Almaniya təmsilçiləri zala buraxılmayıb və bu, qərb diplomatlarının etirazına səbəb olub.

Proses başlandıqdan yarım saat sonra Arif Yunusun vəziyyəti kəskin pisləşib və o, huşunu itirib.

Arif Yunusun halı pisləşib
Arif Yunusun halı pisləşib

Bu barədə Amerikanın Səsinə onların vəkili məlumat verib. Bununla əlaqədar hakim yarım saat fasilə elan edib və həkim çağırıb. Lakin saat 10:30-dək həkim gəlməyib.

“Səhərdən Arifə iki dəfə iynə vurulub. Lakin kömək etməyib, o, məhkəmə zalında huşunu itirib. Arif başını həyat yoldaşının dizlərinə qoyaraq gözüyumulu vəziyyətdə uzanıb”, - vəkil Ramiz Məmmədov bildirib.

Prokuror Yunuslara iş istəməlidir
please wait

No media source currently available

0:00 0:00:04 0:00

XS
SM
MD
LG