Accessibility links

Amnesty İnternational NİDA fəallarının azad edilməsinə çağırıb


国际特赦标识
国际特赦标识

NİDA-nın 5 üzvü hələ də həbsdədir

NİDA Vətəndaş Hərəkatının iki üzvü - Zaur Qurbanlı və Üzeyir Məmmədli dekabrın 29-da sərbəst buraxılıb. Şahin Novruzlu, Bəxtiyar Quliyev isə 2014-ci ilin oktyabrın 18-də prezidentə müraciət nəticəsində buraxılıblar. Digər 5 üzv isə hələ də barmaqlıqlar arxasında qalır”, Amnesty İnternational təşkilatının bəyanatında deyilir.

Təşkilat Azərbaycan hakimiyyətindən fikir azadlığına görə həbs olunan Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov, İlkin Rüstəmzadə və Ömər Məmmədovun dərhal qeyd-şərtsiz azad olunmasına, ifadə, birləşmək və sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırır.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA fəallarını 2013-cü il 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsiri bilərək 6 ildən 8 ilədək müxtəlif müddətli həbsə məhkum edib.

Amnesty İnternational 8 NİDA fəalının hamısını “vicdan məhbusu” elan edib.

Daha sonra NİDA-çı gənclər prezidentə müraciət ediblər.

XS
SM
MD
LG