Accessibility links

NİDA-çıların apellyasiya şikayəti təmin edilməyib [Video]


NIDA- çı gənclər həbsdə qalıb
please wait

No media source currently available

0:00 0:02:15 0:00

NIDA- çı gənclər həbsdə qalıb

Vəkillər ittihamları əsassız və qərəzli adlandırıb

Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə NİDA VətəndaşHərəkatı fəallarının apellyasiya şikayətinə baxılıb və şikayət təmin edilməıyib.

Məhkəmə zalında çoxsaylı insan, o cümlədən diplomatik korpusların nümayəndələri var.

Amerikanın Səsinin müxbiri məhkəmədən bildirir ki, gənclər zala daxil olarkən alqışlarla qarşılanıb.

İlk olaraq İlkin Rüstəmzadə bildirb ki, bir həftə cəza kamerasına (karser) salınıb. Bundan sonra daha bir ay ailəsi ilə görüşə və telefon danışıqlarına icazə verilmir.

“Mən erməni əsirliyində olan Azərbaycan vətəndaşlarına həsəd aparıram. Onlar ailələri ilə əlaqə saxlaya bilirlər mən isə yox”, o təcridxana rəhbərliyinə etirazını bildirib.

NİDA-çı gənc karserə salınmasına səbəb olan yazını xatırladaraq bildirib ki, yaradılan yeni İnsan Haqları ilə bağlı İşçi Qrupun təhqir etmək fikri olmayıb.

"İndi Sabunçu rayon polisindən məktub gəlib ki, təhqiqat aparılır. Absurd İttihamla cinayət işi qaldırmaq istəyirlər. Bir yazıya görə bu qədər təzyiq olmaz. Təzyiqlər dayandırılmalıdır. Mən ailəmin səhhətindən narahatam”, o qeyd edib.

Vəkillər çıxışlarında istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zaman ittihamların sübut olunmadığını bildirib. İttihamların əsası yoxdur və uydurmadır, qərəzlidir. Bu gənclərin əməlində cinayət tərkibi yoxdur. Bu ittihamlar nəinki istintaq orqanlarına, məhkəməyə, hətta Azərbaycan hüquqşünaslarına beynəlxalq aləmdə gülüş gətirib. Molotov kokteyli, kütləvi iğtişaşlarla bağlı ittihamlarla xuliqanlıq, narkotik ittihamları bir-birini təkizb edir”, vəkil Elton Quliyev qeyd edib.

Digər vəkil isə rəqsə görə ittihamı qınayıb. “Rəqsə görə ittiham verilməsi dünyada gülüşə səbəb olub. Dünyada hamı rəqs edir”, vəkil Nemət Kərimli bildirib.

Vəkil Elçin Sadıqov istintaq orqanının NİDA-çı Şahin Novruzlunun ata evində apardığı axtarışı qanunsuz hesab edir.

“Şahin Novruzluinun ata evində axtarış zamanı ataısna məxsus 90 min manatdan çox pul guya cinayət aləti olduğu üçün götürülüb. Amma məhkəmə qərarında həmin vəsaitin cinayət aləti olmasə barəd bir kəlmə belə yoxdur. Pullar götürülərkən kimlərə məxsus olması barədə siyahı da olub. Novruzlunun atası bundan sonra rəhbmətə gedib. Çünki ondan borcların qaytarlması tələb edilirdi. İnsanların pulu qaytarılmalıdır”, Sadıqov məhkəmədən xahiş edib.

Vəkillər məhkəmədən bəraət istəyib.

Dövlət ittihamçısı isə məhkəmə qərarının qüvvədə saxlanılmasını xahiş edib.

Məhkəmə heyəti birinci instansiya məhkməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayətini təmin etməyib.

Vəkil Elton Quliyev apellyasiyanın qərarını qanunsuz və qərəzli hesab edir, qərardan kassasiya verəcəklərini bildirib.

NİDA-çıların valideynləri də məhkəməbnin qərarını ədalətsiz hesab edir. Ümid edirlər ki, yaxın zamanda gözlənilən əfv onlara da tətbiq olunacaq.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA fəallarını 2013-cü il 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsiri bilərək 6 ildən 8 ilədək müxtəlif müddətli həbsə məhkum edib.

Amnesty İnternational 8 NİDA fəalının hamısını “vicdan məhbusu” elan edib.

Daha sonra NİDA-çı gənclər prezidentə müraciət edib. Gənclərin bir qismi prezidentdən əfv olunmasını, bir qismi isə azadlıqda olmalarının daha faydalı olmasını əsaslandırmağa çalışıb. Bunun nəticəsində 3 NİDA-çı fəal azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG