Bu gün həbsdə olan tarixçi alim Arif Yunusun 60 yaşı tamam olur. O ad gününü Milli Təhlükəzsilik Nazirliyinin istintaq təcridxanasında qeyd edir.
Belə ki, Arif Yunus 2013-cü il avqustun 5-də, onun həyat yoldaşı, tanınmış hüquq müdafiəçisi Leyla Yunus iyulun 30-da həbs edilib.
Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq), Leyla Yunus isə Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci maddələri ilə təqsirli bilinir.
Arif və Leyla Yunuslar ittihamları siyasi sifariş hesab edir. Onlar Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.
“Arif Yunus indiyədək istintaqa ifadə verməyib. Son 10-15 gündə isə onunla bağlı hər hansı istintaq hərəkəti aparılmayıb”. Bu barədə vəkil Əfqan Məmmədov Amerikanın Səsinə bildirib.
Vəkil ötən həftəinuin sonunda Arif Yunusla görüşüb. Onun sözlərinə görə Arif Yunusun səhhəti ümymən normaldır. Amma əvvəldən mövcud olan xəstəlikləri var.
“Onun saxlanma şəraitindən şikayəti yoxdur. Əsas narahatçılığı həyat yoldaşı Letla Yunusun səhhəti ilə bağlıdır”, o qeyd edib.