Accessibility links

ABŞ Dövlət Departamenti əfvi alqışlayır, amma…


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti daha çox pozitiv addımlar görmək istəyir

ABŞ Dövlət Departamenti Azərbaycan prezidentinin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə Həsən Hüseynli də daxil olmaqla vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsini alqışlayır.

Dövlət Departamentinin bəyanatında deyilir ki, iyul ayında xuliqanlığa dair şübhə doğuran ittihamla məhkum edilmiş Hüseynli və onun başçılıq etdiyi QHT tələbə mübadiləsi və təhsil müşavirliyi sahəsində Bakıdakı ABŞ səfirlyi ilə əməkdaşlıq edirdi.

Onunla birlikdə, eyni gündə NİDA Vətəndaş Hərəkatının üç gənc üzvü – Bəxtiyar Quliyev, Şahin Novruzlu və Elsevər Mürsəlli də həbsxanadan buraxılıblar.

Dövlət Departamenti sözçüsünün müavini Mari Harperin səsləndirdiyi bəyanatda deyilir ki, ABŞ bu addımı alqışlasa da, eyni zamanda Azərbaycanda yerli və xarici QHT-lərin fəaliyyətini məhdudlaşdıran yeni qanunun qəbulunu ölkənin səhv istiqamətdə hərəkəti hesab edir.

“Biz daha çox pozitiv addımlar görmək istəyirik və Azərbaycan hökumətini bütün vətandaşların təməl azadlıqlarından istifadə edə bilməsi hüququna tam hörmət etməyə çağırmaqda davam edirik”, bəyanatda qeyd edilir.

XS
SM
MD
LG