Accessibility links

CHP lideri Kamal Kılıçdaroğlu jurnalistin deportasiya edilməsini pisləyib


Kamal Kılıçdaroğlu
Kamal Kılıçdaroğlu

Kamal Kılıçdaroğlu siyasətçilərin tərifə yox, tənqidə ehtiyacı olduğunu önə çəkib

Türkiyənin ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıçdaroğlu “Todays Zaman” qəzetinin azərbaycan əsilli jurnalisti Mahir Zeynalovun ölkədən deportasiya edilməsinə münasibət bildirib.
Bu barədə Turan agentliyi Türkiyənin Cihan agentliyinə istinadən xəbər yayıb.

“Baş nazir bəyənmədiyi bir twitt-ə görə jurnalisti deportasiya edirsə, bu, həmin jurnalistin cəsarəti, onu ölkədən çıxaran siyasətçinin qorxaqlığıdır”, CHP lideri münasibət bildirib.

K.Kılıçdaroğlu siyasətçilərin tərifə yox, daha çox tənqidə ehtiyacları olduğunu önə çəkib. O tənqiddən nəticə çıxarmayan siyasətçinin ölkəni sağlam idarə edə bilməsinin sual altına düşdüyünü iddia edib.

“Bununla bitmir, deportasiya olunan jurnalist daha tvitt yazmayacaq? Əlbəttə yazacaq və insanlar da onu oxuyacaq”, deyə K.Kılıçdaroğlu qənaətini bildirib.

Türkiyə mətbuatı azərbaycanlı jurnalist M.Zeynalovun ölkədən deportasiyasına səbəb kimi “türk prokurorlar polisə “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli şəxslərin saxlanması əmri verib, Erdoğanın təyin etdiyi polis rəisləri isə əmri yerinə yetirməkdən imtina edib”, tvitt-ini paylaşmasını göstərir.

Öz növbəsində Türkiyəninin baş naziri Rəcəb Tayyib Ərdoğan şikayətində M.Zeynalovun “Twitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib.
XS
SM
MD
LG