Şimali Koreya həbs edilmiş amerikalının azadlığa buraxılması üçün ABŞ-ın heç bir ictimai xadimini ölkəyə dəvət etməyəcəyini və bu həbsdən siyasi sövdə vasitəsi kimi istifadə etməyəcəyini bildirib.
Koreya mənşəli amerikalı Kennet Bey keçən il Şimali Koreyaya turist kimi səfər edən zaman noyabr ayında Rason şəhərində həbs edilmişdi. Ona qarşı dövlət çevrilişi ittihamı irəli sürülmüş və o, 15 il müddətinə ağır rejimli əmək düşərgəsində cəza çəkməyə məhkum edilmişdir.
Şimali Koreyanın xairic işlər nazirliyinin sözçüsü döglətə məxsus xəbər agentliyinə Amerika mətbuatı Pxenyxanın məhbusdan siyasi mqəsədlə istifadə edəcəyinə dair şaiyələr yaydığını deyib. O bildirib ki, Pxenyan əvvəllər məhbusları humanist səbəblərə görə azad etsə də, bu dəfə bu etmək niyyətində deyil.
Son illər ərzində Şimali Koreyada bir neçə Amerika vətəndaşını həbs edilmişdi. Lakin ABŞ-ın keçmiş prezidentləri Cimmi Karter və Bill Klinton kimi yüksək səviyyəli siyasi və ictimai xadimlərin səfərlərindən sonra onlar azadlığa buraxmışdı.