Accessibility links

Şimali Koreyada amerikalı turist həbsə məhkum edilib


Pxenyan həbslərdən bir alət kimi istifadə edir

Koreya əsilli Amerika vətəndaşı Kennet Bae Şimali Koreyada həbs edilərək 15 il ağır əmək cəzasına məhkum edilib. Analitiklər bu addımı Vaşinqtondan güzəştlər əldə etmək və Pxenyanın ölkədaxili etibarını yüksəltmək məqsədini daşıdığını bildiriblər.

2009-cu ildən bu yana altı amerikalı Şimali Koreyada həbs olunub. Onlardan bəziləri eyni cəza ilə məhkum olunub və daha sonra sərbəst buraxılıb.

Onların azad edilməsi çox hallarda sabiq ABŞ rəsmilərinin bölgəyə səfər etməsi ilə baş verib.

İnsan haqları ekspertləri deyir ki, Şimali Koreya höküməti məhkum edilənlərdənABŞ rəsmilərini ölkəyə səfər etməsinə nail olmaq üçün istifadə edir.

Sabiq ABŞ prezidenti Bill Klinton 2009-cu ildə Şimali Koreyaya səfər edərək iki amerikalı jurnalistin azadlığına nail olmuşdu.
XS
SM
MD
LG