Accessibility links

Azadlıq qəzetinin əməkdaşının məhkəməsi başlayır


Seymur Həzi
Seymur Həzi

Abşeron rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan “Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” adlı on-line verilişin aparıcısı Seymur Həzinin cinayət işi üzrə hazırlıq iclası başlayıb.

Müdafiə tərəfi Həzinin həbsdə saxlanılmasını əsassız hesab edir, belə ki, onun həbs müddəti hələ oktyabrın 29-da bitib və uzadılmayıb.

Xatırladaq ki, Həzi avqustun 29-da Ceyranbatan qəsəbəsində saxlanılıb. Avqustun 30-da Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, Seymur Həzi Bakı sakini Məhərrəm Həsənovun başına şüşə butulka ilə zərbə endirib.

Jurnalistə qarşı 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə ilə törədildikdə) maddə ilə cinayət işi açılıb.

Münaqişə Həsənovun Həzini sosial şəbəkələrdə ona qarşı hörmətsizlik etməkdə ittiham etməsi, daha sonra ona hücum çəkməsi ilə başlayıb. Jurnalist özünü müdafiə etmək məcburiyyətində qalıb və Həsənova əlindəki əşya ilə zərbə endirib.

Vəkil Adil İsmayılovun sözlərinə görə, üzləşdirmə zamanı Həsənov Həzinin onu facebook-da necə təhqir etdiyini aydın şəkildə izah edə bilməyib.

Qeyd edək ki, Həsənov maksimum 1 ilədək azadlıqdan məhrum edilə bilər, bir halda ki, Həzi 3 ildən 7 ilədək məhkum edilə bilər.

Seymur Həzi ittihamı qəbul etmir, sifariş sayır.

XS
SM
MD
LG