Accessibility links

Oktyabrın 2-də PS.Nota qəzetinin redaktorunun məhkəməsi başlayır


Sərdar Əlibəyli
Sərdar Əlibəyli

Jurnalist xuliqanlıqda ittiham olunur. O ittihamı sifariş sayır və yazılarına görə həbs edildiyini bildirir

PS.Nota qəzetinin baş redaktoru Sərdar Əlibəylinin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 2-də Xətai rayon məhkəməsində keçiriləcək. Bu barədə vəkil Samir İsayev Turana bildirib.

S.Əlibəyli 221.3-cü maddə (silah və əşyalardan istifadə olunmaqla xuliqanlıq) üzrə ittiham olunur. İş materiallarına görə, S.Əlibəyli iyulun 29-da axşam saat 21:00-a yaxın Xətai rayonunun ərazisindəki 260 saylı məktəbin yaxınlığında Namiq Əmirov adlı şəxslə mübahisə edib. Dava zamanı S.Əlibəyli N.Əmirovu daşla vurub. İyulun 31-də S.Əlibəyli polisə çağırılmadan çayxanada həbs edilib.

Sərdar Əlibəyli Namiq Əmirov adlı şəxsi tanımadığını və həbsinin sifariş olduğnu bildirib.
XS
SM
MD
LG