Accessibility links

Saleh İldırım: İctimai baza baxımından ən güclü müxalifət qeyri-fars cəbhəsidir


Saleh İldırım
Saleh İldırım

Saleh İldırımın sözlərinə görə, İranın qeyri-fars icmalarına mənsub siyasi qruplar maliyyə imkanları baxımından güclü olmasalar da, digər müxalif qruplara görə daha geniş ictimai bazaya sahibdirlər.

Saleh İldırım Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:15 0:00

Amerikanın Səsinə danışan “Güney Azərbaycan İstiqlal Partiyasının” (GAİP) sədri İranın ərazi bütövlüyünü əsas tutan müxalifləri “sözdə müxalifət” olaraq dəyərləndirir.

Saleh İldırım ölkədəki iqtisadi böhranın ümumi bir xalq üsyanına yol açacağını önə çəkir:

Bunların maddi imkanları zəifdir. Özlərini çox gündəmə gətirib təbliğ edə bilmirlər. Amma baza olaraq gücü ən çox olan qeyri-fars millətlərdir.

“Ölkə gərgin bir vəziyyətdədir. İllərlə davam edən diktatorluq xalqı cana gətirmişdir. Son illərdə etirazların artdığını gördük. Son aylarda da görürük ki, aclıq və yoxsulluq xalqı həqiqətən bezdirib. Elə ki, İranı ümumi bir xalq partlayışı gözləyir.”

“Təbii ki, bütün müxalifət də bir şəkildə çalışır ki, bu gözlənən partlayış üçün hazırlıqlı olsun ki, onu idarə edə bilsin” , siyasi fəal söyləyir - “Əlbəttə müxalifət deyəndə, biz onun bir hissəsinə sözdə müxalifət deyirik. Çünki, bunlar müəyyən şərtlərdə rejimin yanında dururlar.”

İldırım İranda hakimiyyətin dinc keçid yoluyla dəyişməsinin mümkün olmayacağını vurğulayır.

“Mərkəziyyətçi müxalifətin planlarına baxanda, dinc keçiddən söz edirlər. Bu da onların toplumdan təhlillərinin yanlış olduğunu ortaya qoyur. İranda dinc keçid filan olmayacaq. Bir partlayış olacaq və bu partlayış inqilaba yol açacaq. Çünki, bu rejim də Şah rejimi kimi özü gedən deyil. Son dəqiqələrə qədər hakimiyyətini qorumaq üçün dirənəcək və öldürəcək,” türk fəal ifadə edir.

Mərkəziyyətçi müxalifətin planlarına baxanda, dinc keçiddən söz edirlər. Bu da onların toplumdan təhlillərinin yanlış olduğunu ortaya qoyur. İranda dinc keçid filan olmayacaq.

Saleh İldırımın sözlərinə görə, “İran müxalifətində ən güclü bazaya sahib olan cəbhə qeyri-fars millətlər cəbhəsidir. Bunların maddi imkanları zəifdir. Özlərini çox gündəmə gətirib təbliğ edə bilmirlər. Pəhləvilər və Xalqın Mücahidləri kimi televiziyaları yoxdur. Amma baza olaraq gücü ən çox olan qeyri-fars millətlərdir.”

O, qeyri-fars siyasi qüvvələri içində iki əsas xəttin mövcud olduğunu önə çəkir:

“İki əsas xətt var. Biri istiqlalçı məfkürə, digəri də federalist məfkürə əsasında formalaşıb.”

İldırımın söylədiklərinə görə, 2006-cı ildən bəri istiqlalçı məfkürə əsasında formalaşan təşkilatlar “Öz müqəddəratını təyin etmək üçün Millətlər Cəbhəsi” adı altında, federalist məfkürəyə sahib olanlar isə “Federal İranın Milliyətləri Konqresi” adı ilə bir araya gəliblər.

“Federal İranın Milliyətləri Konqresinin” tərkibində olan təşkilatlar son vaxtlar İranın sol cərəyanlarına mənsub bir neçə digər təşkilatla bərabər “İranda azadlıq və bərabərlik üçün həmrəylik” ittifaqı yaratdıqlarını elan ediblər.

Saleh İldırım bu ittifaqın mahiyyəti ilə bağlı öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

O, həmçinin mənsub olduğu təşkilatın (GAİP) da içində olduğu “Öz müqəddəratını təyin etmək üçün Millətlər Cəbhəsi”-nin fəaliyyətləri haqqında danışıb.

XS
SM
MD
LG