Accessibility links

"Demokratiyaya inanan qüvvələri bu ittifaqa dəvət edirik"


Simin Səbri
Simin Səbri

İslam Respublikasına müxalif 10 siyasi təşkilat “İranda azadlıq və bərabərlik üçün həmrəylik” ittifaqı yaratdıqlarını elan ediblər. İttifaqın tərkibində olan “Azərbaycan Demokratik Birliyi” (Birlik) təşkilatının sözçüsü Simin Səbri deyir ki, bu ittifaqda türklərin nüfuzunu çoxaltmaq lazimdir.

Simin Səbri Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:17 0:00

İttifaqın təsisçiləri İranda cümhuriyyət, demokratiya, laiklik və federalizmin bərpası üçün İslam Respublikasını devirmək istiqamətində mübarizə edəcəklərini bildiriblər.

Qeyri-fars millətləri və onların təşkilatlanmış güclərini hesaba qatmaqdan İranda heç bir dəyişiklik mümkün olmayacaq.

Simin Səbrinin söylədiklərinə görə, ittifaq uzun bir müzakirə prosesindən sonra təşkil olunub.

“9 təşkilat artıq birləşmişdi və biz 10-cu olaraq ittifaqa qatılmağa dəvət edildik. Bizə verdikləri məlumata görə, illərlə bunun üzərində çalışıblar. Bəzi qruplar gəlib. Bəzi qruplar gedib. Biri bu maddəyə müxalif olub, digəri o biri maddəni istəməyib. Biri hakimiyyəti devirmək hədəfinə qatılmayıb. Birisi də millətlərin öz müqəddəratını təmin etmə haqqı ilə razı olmayıb.”

Onun sözlərinə görə, müzakirələrin sonunda 10 təşkilatın 14 maddə üzərində anlaşması ilə ittifaq təşkil olunub.

İranın kürd icmasına mənsub 4 partiya həmçinin türk, ərəb və bəluç icmalarının hər birindən bir təşkilat daxil olmaqla, qeyri-fars icmalara mənsub 7 təşkilat “İranda azadlıq və bərabərlik üçün həmrəylik” ittifaqında yer alıblar. Digər üç təşkilat isə İrandakı sol cərəyanlara mənsub siyasi qüvvələrdir.

İttifaqın yaradılmasına dair xəbərlərin İran xaricində fəaliyyət göstərən farsdilli mediada yayılmasından sonra milli hərəkata mənsub bəzi fəallar tənqid edirlər ki, türklər ittifaqda İrandakı nüfuzu ilə mütənasib şəkildə təmsil olunmayıb.

Lütfən təşrif buyursunlar, biz işin bir tərəfindən tutanda, onlar da o biri tərəfindən tutsunlar. Biz orada sadəcə bir təşkilatıq. Əgər orada 4 kürd qrupu var, ən azı 6 türk partiyası orada olmalı idi.

Simin Səbri isə deyir ki, “biz özümüz də orada təkliyimizi, azlığımızı hiss edirik. Mən o dostlara ki, tənqid edirlər, deyirəm, nə gözəl ki, bizim orada zəif olduğumuzu hiss edirlər. Lütfən buyurun səhnəyə! Lütfən təşrif buyursunlar, biz işin bir tərəfindən tutanda, onlar da o biri tərəfindən tutsunlar. Biz orada sadəcə bir təşkilatıq, baxmayaraq ki, 40 milyonu təmsil edirik. Əgər orada 4 kürd qrupu var, ən azı 6 türk partiyası orada olmalı idi.”

Azərbaycan Demokratik Birliyinin sözçüsü hesab edir ki, qeyri-fars əhalini və onların təşkilatlanmış qüvvələrini hesaba qatmadan İranda heç bir dəyişiklik mümkün olmayacaq.

“Təbii ki, biz istəyirik çoxalaq. Həm qeyri-fars millətlərin içindən, öz mənfəətlərini və görüşlərini burada görürlərsə, gəlib qatılsınlar. Həm də, mərkəzdəki qruplar arasında demokratiyaya və federalizmə inanlar ola bilər. Onlarla da danışmaq olar ki, qeyri-fars millətləri və onların təşkilatlanmış güclərini hesaba qatmaqdan İranda heç bir dəyişiklik, xüsusilə də İslam Respublikasını aşmaq mümkün olmayacaq” , Simin Səbri əlavə edir.

XS
SM
MD
LG