Accessibility links

İbrahim Ramazani: Federalizm hədəf deyil, vasitədir


İbrahim Ramazani
İbrahim Ramazani

Təbriz Araşdırmalar İnstitutunun əməkdaşı İbrahim Ramazani hesab edir ki, federal bir struktur İranın müxtəlif icmalarının hədəflərinə çatmaq üçün uyğun bir vasitədir. O, Amerikanın Səsinə müsahibədə institutun keçən həftələrdə açıqladığı İran Federal Cümhuriyyəti konstitusiya qaralamasına olan tənqidlərə münasibət bildirib.

İbrahim Ramazani: Federalizm hədəf deyil, vasitədir
please wait

No media source currently available

0:00 0:13:57 0:00

“Biz federalizmlə əlaqədar söhbətlərin çoxaldığını gördüyümüz üçün belə bir layihəni hazırlamağa qərar verdik. Son dönəmlərdə, federal struktur haqqında müzakirələr bütün etnik icmalar arasında çoxalmışdır. Amma, ortada konkret bir layihə yox idi,” araşdırmaçı söyləyir.

Bu demokratiyanı istəyən hər kəs üçün bir vasitədir. Farslar üçün, kürdlər üçün, türklər üçün, hər kəs üçün bir vasitə və yenidən bir şansdır. Biz layihədə bu şansı əks etdirmişik.

O, federalizmi bir hədəf kimi deyil, demokratik hədəflər istiqamətində əlverişli bir vasitə kimi dəyərləndirdiyini ifadə edir:

“Fərqli dönəmlərdə, istəklər dəyişə bilər. Amma, İranın indiki durumunda federal struktur uyğun bir strukturdur deyə düşündük. Biz bunu hədəf deyil, hədəflər üçün bir vasitə görürük.”

İbrahim Ramazani federalizmin İranda demokratik hüquqlar uğrunda mücadilə edən hər kəs üçün uyğun bir vasitə olduğunu önə çəkir.

Araşdırmaçının söylədiklərinə görə, “bu demokratianı istəyən hərkəs üçün bir vasitədir. Farslar üçün, kürdlər üçün, türklər üçün, hərkəs üçün bir vasitə və yenidən bir şansdır. Biz layihədə bu şansı əks etdirmişik.”

O, əlavə edir, “federalizm hədəflərinə yetişmək istəyən hərkəs üçün bir vasitədir deyəndə, demokratia, ana dildə təhsil və birlikdə yaşamağı sınamaq istəyənləri qəsd edirəm.”

Federalizm hədəflərinə yetişmək istəyən hərkəs üçün bir vasitədir deyəndə, demokratia, ana dildə təhsil və birlikdə yaşamağı sınamaq istəyənləri qəsd edirəm.

Təbriz Araşdırmalar İnstitutunun təklif etdiyi layihəyə yönəlmiş tənqidlərdən biri İran Federal Cümhuriyyəti üçün nəzərdə tutulan rəsmi dillərlə əlaqəlidir.

Konstitusiya qaralamasının mətninə görə, İran Federal Cümhuriyyəti Azərbaycan, Əhvaz, Bəluçistan, Türkmən-Səhra, Xorasan, Fars, Kürdüstan, Gilan və Luristan əyalətlərinin birliyindən təşkil olunur və hər əyalətin özünəməxsus rəsmi dili olmaqla bərabər, türkcə və farsca əlavə olaraq federal dövlətin də rəsmi dilləri kimi nəzərdə alınıblar.

İbrahim Ramazani deyir ki, “türkcənin İranın tamamında rəsmi dil olması bizim qırmızı cizgimizdir. Bizə gələn bəzi tənqidlər belə olur ki, farsca yanına ingilizcə qoyulaydı. Biz dil məsələsini sadəcə irtibat vasitəsi deyil, iqtidar məsələsi olaraq görürük... Türklərin nüfuzu, tarixi və əhalisinin ölkədəki dağılımına baxanda, dillərinin federal bazada rəsmi olması türklərin haqqıdır. Layihəyə görə, digər dillər də zatən əyalətlərdə rəsmi dildir.”

İbrahim Ramazani həmçinin prezident üsul-idarəsinin federal bir dövlət üçün uyğun olmadığına dair tənqidlərə də münasibət bildirir.

O, layihədə təklif edilən idarə sistemini müdafiə etsə də, bu növ tənqidlərin bundan sonrakı buraxılışlarda diqqətə alına biləcəyini qeyd edir.

XS
SM
MD
LG