Accessibility links

Şahbaz Xuduoğlu istintaqa ifadə verəcək – “bu sifarişdir” [Video]


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

Qanun Nəşriyyatına qarşı cinayət işi qaldırılıb

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası” MMC-lərə qarşı Cinayət Məcəlləsinin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə vəkil Müzəffər Baxışov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, 2013-cü il noyabrın 1-də Vergilər Nazirliyinin 20-ə yaxın əməkdaşı “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası” MMC-lərə gələrək vergi yoxlaması adı altında qurumun xeyli sənədlərini və kompüterlərini qanunsuz olaraq aparıb. Bundan sonra, “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası” MMC-lər sənədlərin qanunsuz götürülməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. .

Beləliklə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsi “Qanun Nəşriyyat Evi” və “Qanun jurnalı redaksiyası” MMC-lərə qarşı 150 000 manat miqdarında vergi borcu və maliyyə sanksiyası müəyyən edib.

“Qanun Nəşriyyatı” MMC-nin rəhbəri Şahbaz Xuduoğlu Amerikanın Səsinə bildirib ki, nəşriyyatın 50-dək əməkdaşı, o cümlədən tərcüməçilər, yazıçılar istintaqa dəvət edilib. Ş.Xuduoğlu isə martın 4-də istintaqa ifadə verəcək.

“Bu sifarişdir, təzyiq xarakteri daşıyır. Kimlərsə vergidən istifadə etməklə “Qanun Nəşriyyatı” MMC-ni müflis etməklə bu sahədə monopoliya yaratmaq istəyir. Biz qanunla nəzərdə tutulan vergi öhdəliklərini yerinə yetirmişik”, Xuduoğlu qeyd edib.
XS
SM
MD
LG