Accessibility links

Şahbaz Xuduoğlu: Onların niyyəti cəmiyyəti kitabsız qoymaqdır [Video-müsahibə]


Şahbaz Xuduoğlu: Onların niyyəti cəmiyyəti kitabsız qoymaqdır
please wait

No media source currently available

0:00 0:06:14 0:00

Şahbaz Xuduoğlu: Onların niyyəti cəmiyyəti kitabsız qoymaqdır

“Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlunun Amerikanın Səsinə müsahibəsi

Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlunun Amerikanın Səsinə müsahibəsində nəşriyyatın qanunsuz yoxlanılması, sənədlərinin götürülməsi və bunun siyasi səbəbləri ilə bağlı danışıb.

Sual: Vergi orqanları “Qanun” Nəşriyyat Evində yoxlama aparıb, sənədlərinizi götürüb. Səbəbi nədir?

Mən deməzdim sənədlər vergi orqanları tərəfindən götürülüb.
Cavab: 19 gündür bizim sənədlər 20 nəfər tərəfindən götürülüb. Mən deməzdim sənədlər vergi orqanları tərəfindən götürülüb. O insanların arasından iki nəfəri vergi orqanının əməkdaşı idi. Digərləri isə mülki şəxslər idi. Demək olar ki, bu zorakı üsulla həyata keçirilib. Bina bütünlüklə mühasirəyə alınıb. Onlar binaya zorla daxil olub. Yalnız sənədləri yox, bütün kompüterləri götürüblər. Əllərinə nə keçibsə götürüblər. Bu günə qədər bizə hər hansı bir məlumat verilməyib. Eyni zamanda da sənədlərin geri qaytarılması məsələsi də baş verməyib. Biz işimizi davam etdirmək üçün kiminin evində, özündə əlavə kompüter vardısa evlərindən gətiriblər ki işimizi davam etdirə bilək.

Sual: Sizin fikrinizcə belə yoxlamaların siyasi səbəbləri varmı? Yoxsa hüquqi bir yoxlamadır?

Bu bir zorakılıq aktıdır.
Cavab: Bu bir zorakılıq aktıdır. Nə buna hüquqi yoxlama, nə də siyasi yoxlama adini vermək mümkün deyil. Biz dəfələrlə vergi orqanları tərəfindən yoxlanılmışıq. Bu gün də vergi orqanları ilə əməkdaşlığa hazırıq. Əgər hüquqi bir yolla yoxlamalarını keçirmək istəyirlərsə biz hazırıq. Bu zorakı bir üsul idi. Ona görə hər hansı bir ad vermək mümkün deyil.

Sual: İndi sənədləriniz yoxdur. Nə qədər belə davam gətirə bilərsiniz? Nəşriyyat belə şəraitdə işini nə qədər davam etdirə bilər?

Cavab: Biz davam edirik. İşimizə mane olan sənədləşdirmə prosesini müəyyən qeydiyyat üzrə aparırıq. Hüquqşünaslarla məsləhətləşmələr edərək bunun hüquqi həllini tapmışıq. Amma ümumilikdə bu bizim işimizi iflic vəziyyətinə salmaqdır. Amma, biz hazırda bu qaydada işləyirik. Hətta bu vəziyyətdə mane olmurlarsa biz bunu yaxşı hal kimi dəyərləndiririk.

Sual: Fikrinizcə bu qədər kitab çap edən nəşriyyatın işini dayandırmaqla ictimaiyyət və hökumət nə qazanır?

Cəmiyyət “Qanun” nəşriyyatının müdafiəsinə qalxmalıdır.
Cavab: Maliyyə baxımından bir analiz edə bilmərəm. Siyasi baxımdan da siyasətçi olmadığımdan analiz edə bilmərəm.

Bildiyim qədər özlərinə qarşı bir nifrət qazanırlar. Çünki “Qanun” nəşriyyatının fəaliyyətinin qanunsuz dayandırılması ilə bağlı məlumat yayılandan sonra onlarla bizi müdafiə edən yazılar nəşr olunub. “Qanun” nəşriyyatı ölkədə kitab böhranını aradan qaldıran bir nəşriyyatdır. Biz az qala 2000 kitab nəşr etmişik. Biz sonuncu kitab yarmarkasında 20 min kitab nəşr etdik. 20 Nobel mükafatçısının lisenziya əsasında kitabını nəşr etdik. Bu mənada “Qanun” nəşriyyatının fəaliyyətini dayandırmaq Azərbaycan ictimaiyyətini kitabsız qoymaq deməkdir. Əgər bir cəmiyyət kitabsızlıqla barışmaq istəmirsə, o zaman cəmiyyət “Qanun” nəşriyyatının müdafiəsinə qalxmalıdır. Bəlkə də onların niyyəti cəmiyyəti kitabsız qoymaqdır.

Sual: Media sizin nəşriyyatın yoxlanılması ilə bağlı iki versiya irəli sürür. Birinci siyasi versiya ondan ibarətdir ki, burada prezidentliyə namizəd Cəmil Həsənlinin plakatları nəşr edilib. İkinci versiya isə sizin qardaşınız, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının açıq məktubudur ki, sizin nəşriyyata belə basqılar olub. Hansı düzdür?

Biz Cəmil Həsənlinin plakatlarını nəşr etmişik.
Cavab: Biz Cəmil Həsənlinin plakatlarını nəşr etmişik. Bununla bağli bütün sənədləşmə aparılıb. Burada qanundan kənar heç bir iş görülməyib. Onunla yanaşı digər prezidentliyə namizədlərin plakatlarını da çap etmişik .Bu bizim fəaliyyətimizi şərtləndirən bir fəaliyyət novudur. Yəni biz qanundan kənar bir fəaliyyətlə məşğul olmamışıq. O ki, qaldı mənim qardaşımın siyasi fəaliyyətinə, o artıq 40 ildir bu işlə məşğul olur. Siyasi baxışlara görə fəaliyyətin dayandırılması halları bizdə tez-tez baş verir. Amma mən nəşriyyat işi ilə məşğul oluram. Bu işin hər hansı siyasi əlaqəli olmasının tərəfində deyiləm. Biz hüquqi bir dövlətdə yaşayırıq və insanlar hüquqa zidd, qanuna zidd əməllərinə görə cəzalandırılmalıdır. Siyasi fəaliyyətinə görə cəzalandırılmamalıdırlar.

Sual: “Qanun” nəşriyyatının dayandırılması millətə nə verə bilər?

Bütün məhkəmə instansiyalarını keçəndən sonra Avropa məhkəməsinə müraciət edəcəyik.
Cavab: Bizim nəşriyyat hüquqa yardım məqsədilə yaradılıb. Ona görə də bizim nəşriyyatın adı “Qanun” nəşriyyatıdır. Məqsədimiz hüquq maarifçiliyidir və bu gün daha başqa məqsədlər də əlavə olunubdur. Yəni vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, bədii ədəbiyyata xidmət etmək, digər sahələrdə çoxlu kitablar nəşr etmək, kitab oxuyan bir cəmiyyət yaratmaqdır. Bizim məqsədimiz budur. Bu yöndə də biz işlərimizi davam etdirəcəyik. Fəaliyyətimizin dayandırılmasına heç bir anda yol verməyəcəyik. Biz artıq məhkəməyə müraciət etmişik. Bütün məhkəmə instansiyalarını keçəndən sonra Avropa məhkəməsinə müraciət edəcəyik. Çünki burada “Qanun” nəşriyyatının sənədlərinin götürülməsi və burada qanunsuz axtarış aparılması qanuna ziddir. Bizim hüquqi yolla mübarizəmiz davam edir və sonadək mübarizəmiz davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG