Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin önündə etiraz aksiyası
Rusiya vətəndaşı olan Rəşad Qafarov hərbi səfərbərlik tərəfindən onun ölkədən çıxışına qadağa qoyulduğunu iddia edir və buna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin önündə etiraz aksiyası keçirib. Şikayətçinin bildirdiyinə görə, o Rusiyada hərbi xidmətdə olub. Lakin Ucar rayon hərbi komissarlığı ondan 5 min manat pul tələb edib. Aidiyyatı orqanlara və məhkəməyə müraciət etdiyini deyən şikayətçi məhkəmənin müstəqil olmadığını bildirib. Daha sonra Rəşad Qafarov post patrul xidmətnin əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binasına aparılıb. Orada şikayətçiyə deyilib ki, bizə saxta sənədlər əsasında yanlış məlumat verilib.
Episodes
-
Yanvar 13, 2025
Gənc güləşçilərin müharibə dövründə qazandığı uğurlar
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?