“Bu gün Rusiya vətəndaşlığından çıxmaq prosedurunu sürətləndirmək üçün Moskvaya gedirəm. Bu, kifayət qədər uzun prosesdir və onu sürətləndirmək üçün Moskvada olmağım həddindən artıq zəruridir”, deyə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Tbilisidən Moskvaya yola düşərkən Turan agentliyinə bildirib.
O qeyd edib ki, Bakıya yalnız ona görə gəlməyib ki, hakimiyyət onu saxta cinayət işi ilə əlaqədar saxlaya bilərdi.
“Onlar məndən ölkəni tərk etməmək haqqında iltizam ala və Rusiya vətəndaşlığından çıxma prosedurunu sürətləndirməyimə imkan verməyə bilərdilər. İndi mən mövcud məsələləri yoluna qoymaq niyyətindəyəm, bundan dərhal sonra Bakıya gələcəyəm”, deyə o qeyd edib.
İbrahimbəyov həmçinin Rusiya prezidentinin onun Rusiya vətəndaşlığından çıxması haqqında müvafiq fərmanı artıq imzalaması haqqında bu gün yayılmış məlumatları təkzib edib.
Xatırladaq ki, Rusiya vətəndaşlığından imtinanın səbəbi İbrahimbəyovun Azərbaycanda prezident seçkilərində iştirakıdır.
Azərbaycan konstitusiyasına görə, ikili vətəndaşlığı olan şəxs namizəd ola bilməz.