Accessibility links

Milli Şuranın Tbilisi toplantısı başa çatıb


Milli Şuranın Tbilisi toplantısı
Milli Şuranın Tbilisi toplantısı

Rüstəm İbrahimbəyovun Bakıya dönüşünün Milli Şuranın qərarı ilə olması məqsədəuyğun sayılıb

Rüstəm İbrahimbəyovun Bakıya dönüşünün Milli Şuranın qərarı ilə olması məqsədəuyğun sayılıb

İyulun 30-da Tbilisidə Milli Şuranın iclası keçirilib.

Toplantıda Milli Şuranın sədri, Milli Şuranın icra aparatının rəhbəri, komissiya sədrləri, siyasi partiya rəhbərləri və onların təmsilçiləri iştirak edib.

Görüşdən sonra Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov bildirib ki, müşavirədə Azərbaycandakı seçkiqabağı mühit, Milli Şuranın vəzifələri, seçkilərə hazırlıq və Milli Şuranın vahid namizədinə süni sürətdə yaradılan problemlər müzakirə olunub.

Müşavirənin yekunu olaraq aşağıdakılar məqsədəuyğun sayılıb:

Müşavirə iştirakçıları Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina ilə bağlı prosesin sürətləndirilməsi üçün vacib olan addımları müzakirə edib;

Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi-texniki, təşkilati sahədə hazırlıq işləri, eyni zamanda, ictimai və beynəlxalq rəyin hazırlanması sahəsində aparılan iş tamamlanmağından;

Vətəndaşlıqdan imtina edilməsi ilə bağlı Rusiya qanunvericiliyində nəzərdə tutulduğu kimi şəxsən iştirakı tələb olunduğundan müşavirə iştirakçıları Rüstəm İbrahimbəyovun 31 iyul 2013-cü il tarixdə Bakıya dönüşünü məqsədəuyğun hesab etməyib;

Eyni zamanda Rüstəm İbrahimbəyovun Bakıya dönüşünün Milli Şuranın qərarı ilə olması məqsədəuyğun sayılıb;

Müşavirədə həmçinin Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasında qeydə alınması üçün zəruri addımlar barədə fikir mübadiləsi aparılıb;

Milli Şuranın əsasnaməsinə uyğun olaraq qurumun komissiya sədrlərinin və partiya təmsilçilərinin, icra aparatının və seçki qərargahı rəhbərlərinin iştirakı ilə Məşvərət Şurasının yaradılması sədrə tövsiyə olunub;
.
Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı prosedurun sürətləndirilməsi üçün RF prezidenti Vladimir Putinə müraciət edilməsi də məqsədəuyğun hesab edilib;

Müşavirədə noyabrda Azərbaycanla Avropa Birliyi arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması ərəfəsində Azərbaycan hökumətindən prezident seçkilərinin demokratikliyinə təminat verilməsi ilə bağlı səylər göstərilməsi üçün Avropa Birliyinə müraciət olunacaq;

Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun seçkidə sərbəst iştirakı ilə bağlı ABŞ Konqresinə və Dövlət Departamentinə müraciət məqsədə uyun sayılıb.

Müşavirədə həmçinin MŞ işinin gücləndirilməsi də zəruri hesab edilib.
XS
SM
MD
LG