Accessibility links

Moksvada qadın nümayişçinin döyülməsilə bağlı təhqiqat aparılır


Rusiyanın bildirdiyinə görə, Vladimir Putinin inaqurasiyasından bir gün əvvəl bazar günü nümayyişlər zamanı polisin etirazçıları döyməsi ilə bağlı cinayət işi başlanıb.

Təhqiqat Komitəsinin sözçüsü Vladimir Markin bu gün bildirib ki, İnternetə yerləşdirilmiş video görüntülərdə zorakılıqlarda iştirak edən polislərin şəxsiyyətləri araşdırılır.

Moskvanın NTV televiziya kanalı bir polis işçisinin gənc bir qadını küçə ilə sürüdüyü, digər polisin isə təpiklə onun qarın nahiyəsinə vurduğu kardlar nümayiş etdirilib.

Vladimir Putinin yenidən prezidentliyinə etiraz olaraq bazar günü keçirilən nümayişlər zamanı yüzlərlə insan həbs edilib.






XS
SM
MD
LG