Rusiya liderləri - prezident Dmitri Medvedev və baş nazir Vladimir Putin Həştərxanda keçirilən şəxsi görüşdən sonra Volqa çayında qayıq gəzintisinə çıxmış və balıq tutmuşlar. Regiona çərşənbə axşamı edilən səfər barədə bu gün məlumat verilib və görüşün qarşıdan gələn prezident seçkiləri ilə bağlı olduğu güman edilir.
Mart ayı seçkilərinə 7 ay qalmasına baxmayaraq, liderlərdən heç biri namizədliyini irəli sürməyib. Hər ikisinin deyil, ikisindən birinin, ya Medvedev, ya da Putinin seçkilərdə iştirak edəcəyi və yaxın zamanda bu barədə məlumatın açıqlanacağı deyilir.