Accessibility links

Vladimir Putin müdafiə nazirini vəzifədən azad etdi


Rusiya prezidenti Vladimir Putin korrupsiya qalmaqalı ilə əlaqədar istintaqa yol açmaq üçün müdafiə nazirini vəzifəsindən azad edib.

Çərşənbə axşamı cənab Putin Anatoli Serdyukovu vəzifəsindən azad edərək, onun yerinə öz sadiq müttəfiqi, keçmiş fövqəladə hallar naziri və bölgə qubernatoru Sergey Şoyqunu təyin edib.

Bu təyinat Rusiya İstintaq Komitəsinin dövlət müəssisəsindən biznes məqsədli şirkətlərə 100 miliyon ABŞ dolları məbləğində ziyanlı hərbi aktivlərin satılması şübhəsi üzrə görə açılmış istintaq işindən sonra baş verib.

Rusiya hərbi strukturları illərdir korrupsiya ittihamları ilə üzləşir.
XS
SM
MD
LG