Accessibility links

Cənubi Qafqaz prosesləri və Rusiyadan baxışlar


Cənubi Qafqaz regionunun xəritəsi
Cənubi Qafqaz regionunun xəritəsi

Tbilisidə keçirilən “Azadlığa, sülhə və çiçəklənməyə yardım: Cənubi Qafqaz və Rusiyanın potensial münasibətləri” adlı konfransda Cənubi Qafqazda vəziyyət müzakirə mövzusu olub

Oktyabrın 31-də Tbilisidə keçirilən “Azadlığa, sülhə və çiçəklənməyə yardım: Cənubi Qafqaz və Rusiyanın potensial münasibətləri” adlı konfransda Azərbaycan, Gürcüstan və Ermənistanda parlament və prezident seçkiləri, həmçinin Rusiyanın regional siyasəti nöqteyi-nəzərindən Cənubi Qafqazda vəziyyət müzakirə mövzusu olub.

Turan agentliyinin məlumatına görə, Fridrix Naumann Fondunun təşkil etdiyi “Azadlıq Naminə” tədbirdə Cənubi Qafqaz ölkələrinin Avropa Liberal Demokratik və İslahatçı Partiyasına daxil olan partiyaların nümayəndələri: Müsavat Partiyası, Gürcüstan Respublika Partiyası, Erməni Ümummilli Hərəkatı, həmçinin Moskva Karnegi Mərkəzinin və regionun ekspertləri iştirak edib.

Oktyabrın 1-də Gürcüstan parlamentinə seçkilər avtoritar rejimlərin demokratik rejimlərə transformasiyası dövrünü yaşayan regionda siyasi prosesin inkişafına yeni element gətirdi. Bütün siyasətçilərin və ekspertlərin çıxışlarının leytmotivi demək olar ki, belə idi. Müsavat Partiyasının sədri İsa Qəmbər və Erməni Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan bu hadisəni regionun demokratik qüvvələrinin qələbəsi adlandırıblar.

“Seçkilərin uğuru ondan ibarətdir ki, biz Qafqazda hakimiyyətin ilk dəfə dinc yolla verilməsinin şahidləri olduq”, - İ.Qəmbər vurğulayıb.

Gürcüstan Respublika Partiyasının siyasi katibi David Berdzenişvili qeyd edib ki, əgər yeni hakimiyyət demokratiyanın dərinləşdirilməsi üçün daxili siyasi, iqtisadi islahatlar (konstitusiya islahatları da daxil olmaqla) aparmaq niyyətindədirsə, xarici siyasətdə ardıcıllıq saxlanacaq.

“Gürcüstan NATO, Aİ ilə strateji münasibətlərin inkişafına sadiqliyini saxlayır, lakin rəsmi Tbilisi Rusiya ilə münasibətlərin normallaşması üçün addımlar atacaq”, - o bildirib.

Karnegi ekspertləri Rusiya hakim elitasında yeni şəraitdə Gürcüstan-Rusiya münasibətlərinə baxışların birmənalı olmadığını qeyd edib.

“Kremldə baş çoxdur və hər baş öz bildiyi kimi düşünür”, - Moskva Karneqi Mərkəzinin eksperti Andrey Ryabov qeyd edib.

Onun məlumatına görə, hazırda hökumətyönümlü ekspert dairələrində “Avrasiya ittifaqı” kimi meqalayihələrin reallaşması üçün əlverişli şəraitdən daha çox danışılır.

Ekspert Aleksey Malaşenko diqqəti prezident Putinin fikirlərinə yönəldib. Putin 1 oktyabr seçkilərinin nəticələrini Gürcüstanda vəziyyətin dəyişməsi kimi qiymətləndirib.
A.Ryabovun fikrincə, Moskva üçüncü ölkənin, məsələn İsveçrənin vasitəsilə ilk vaxtlarda produktiv danışıqlara hazır ola bilər. Belə ki, 2008-ci il müharibəsindən sonra İsveçrə Rusiya ilə danışıqlarda Gürcüstanın maraqlarını müdafiə edir.

Gürcü tərəfi prosesi sürətləndirmək niyyətində deyil və Rusiya, həm də Abxaziya və Cənubi Osetiya tərəfi ilə işgüzar əlaqələr quracaq. Bunu Respublika İnstitutunun Cənubi Qafqaz araşdırmaları proqramının direktoru İvlian Xandrava bildirib.

“İlk növbədə biz ölkəni tərəflər üçün açıq etməliyik və stabil dialoq qurmalıyıq”.

Azərbaycan və Ermənistana münasibətdə siyasətə yenidən baxılması gözlənilmir. Yeni hökumət qonşularla münasibətləri dərinləşdirmək və inkişaf etdirmək, bəzi məsələləri, əsasən sərhədlərin delimitasiyası məsələsini həll etmək niyyətindədir.

Böyük Qafqazda stabillik layihəsi çərçivəsində Şimali Qafqaz mövzusu xüsusi müzakirə predmeti olub.

Rusiyalı ekspertlər etiraf ediblər ki, regionda mürəkkəb proseslər gedir, etnik və islam faktoru, iqtisadi və sosial problemlər buna təsir göstərir.

Moskvalı ekspertlər işarə ediblər ki, Kremldə başa düşürlər ki, Gürcüstanla və digər Cənubi Qafqaz ölkələri ilə konstruktiv dialoq olmadan Qafqaz məkanında sabitlik yaratmaq mümkün olmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG