Accessibility links

ABŞ Senatoru Azərbaycanla bağlı təqdim etdiyi qətnamə haqda danışdı [Video-Müsahibə]


ABŞ Senatoru Azərbaycanla bağlı təqdim etdiyi qətnamə haqda danışdı
please wait

No media source currently available

0:00 0:04:06 0:00

İyunun 11-də Helskinki komissiyasının sədri Rocer Uiker ABŞ Konqresində prezident Trampı Avropa və Orta Asiyada din azadlıqlarını pozanlara qarşı tədbir görməyə çağıran qətnamə təqdim edib. Bu qətnamədə əsasən Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiya hökümətləri hədəf alınır. Qətnamədə dini azadlıqların kəskin şəkildə pozulmasına görə Azərbaycan, Rusiya və Türkiyənin "Xüsusi Diqqət Ayırılan Ölkələr" siyahısına salınmasına çağırılır.

Qlobal Maqnitski Aktı çox mühüm və sərt bir addım olar və ümid edirəm ki, Azərbaycanla bağlı məsələ o həddə çatmayacaq.

Senator Uiker həm bu qətnamə, həm də Azərbaycanda ümumi insan haqları durumu ilə bağlı Amerikanın Səsinin suallarını cavablandırıb.

Amerikanın Səsi: Senator Uiker, hüquq pozuntuları məsələlərində Azərbaycanın Rusiya və Türkiyə kimi ölkələrlə eyni kateqoriyaya salınması az rast gəlinən haldır. ABŞ hökümətinin Azərbaycanı “Xüsusi Diqqət Ayırılan Ölkə” kimi qiymətləndirmək ehtimalı nə qədər realdır?

Senator Uiker: Biz bu qanun layihəsi ilə bağlı irəliləyişləri gözləməliyik. Amma bu, bizə Komitə və Konqresdə müzakirə aparmaq, eləcə də Amerikanın Səsi kimi platformalarda nahartlıqlarımı dilə gətirmək imkanı verir.

Amerikanın Səsi: Helsinki Komissiyasının nümayəndəsi olaraq, siz Azərbaycanda insan haqları pozuntuları və siyasi məhbus problemindən xəbərdarsınız. Sizcə Qlobal Maqnistki Aktı Azərbaycana şamil olunmalıdırmı?

Senator Rocer Uiker
Senator Rocer Uiker

Senator Uiker: Mən hələ ki, belə bir çağırış etməmişəm. Qlobal Maqnitski Aktı çox mühüm və sərt bir addım olar və ümid edirəm ki, Azərbaycanla bağlı məsələ o həddə çatmayacaq.

Amerikanın Səsi: Bir çox avtoritar hökümətlər, o cümlədən Azərbaycan höküməti Vaşinqtonda güclü lobbiçik fəaliyyəti ilə məşğuldur. Sizin Komissiya və ya Konqres özü onların ABŞ siyasətinə təsirinin qarşısını almaq üçün nə edə bilər?

Senator Uiker: Biz Birləşmiş Ştatlarda söz və ifadə azadlığına inanırıq. Bu, həm vətəndaşlar həm də qeyri vətəndaşlara şamil olunur. Mən Azərbaycanın güclü lobbiçilik səylərindən narahat deyiləm. Qeyd etmək istərdim ki, mən dəfələrlə Azərbaycanda olmuşam və o ölkəni çox sevirəm. Onların müvəffəqiyyətli olmağını istəyirəm. Onlar çox problemli regionda yerləşir. Cənubda İran, şimalda isə Rusiya ilə qonşuluq edir. Amma bir çox mühüm məsələdə onlar bizimlə əməkdaşlıq edib. Bu səbəbdən də əgər Azərbaycandakı ierarxiyanın üzvləri onların maraqlarını müdafiə etmək burada insanlara pul ödəmək istəyirlərsə, Birləşmiş Ştatlarda bu adi haldır. Biz onları da, digər tərəfi də dinləyirik. Amma Helsinki Komissiyasının sədri olaraq mənim öhdəliyim faktları işıqlandırmaq, qərarı isə Konqresdəki çoxluğun, amerikalıların əksəriyyətinin öhdəliyinə buraxmaqdır. Yəni Helsinki Komissiyası olaraq bizim işimiz faktları ortaya çıxarmaqdır. Biz bu faktların üstünü açırıq və qoy izləyicilər özləri qərar versinlər.

Əgər Azərbaycandakı ierarxiyanın üzvləri onların maraqlarını müdafiə etmək burada insanlara pul ödəmək istəyirlərsə, Birləşmiş Ştatlarda bu adi haldır. Biz onları da, digər tərəfi də dinləyirik.

Amerikanın Səsi: Ötən il ABŞ Konqresinin Turan informasiya Agentliyinin başçısı Mehman Əliyevin həbsində əli olan Azərbaycan rəsmilərinə qarşı sanksiya hədələrindən dərhal sonra Mehman Əliyev azadlığa buraxıldı. Sizcə, ABŞ Konqresi siyasi məhbus məsələsində Azərbaycan kimi hökümətlərə təsir göstərmək üçün öz nüfuzundan effektiv şəkildə istifadə edirmi?

Senator Uiker: Mən elə özüm onun azadlığa buraxılmasına çağırmışdım və doğru istiqamətdə addım atıldığını gördüyüm üçün şadam. Biz ümid edirik ki, bizim söylədiklərimizin təsiri olur. Siz sanksiyalar barədə soruşdunuz, mən hazırda sanksiyaların tətbiqinə çağırmıram.

XS
SM
MD
LG