Accessibility links

Dağlıq Qarabağ münaqişəsi İrlandiyanın ATƏT-ə sədrliyi üçün prioritet olaraq qalır


Dağlıq Qarabağ münaqişəsi İrlandiyanın ATƏT-ə sədrliyi üçün prioritet olaraq qalır
Dağlıq Qarabağ münaqişəsi İrlandiyanın ATƏT-ə sədrliyi üçün prioritet olaraq qalır

İrlandiyanın daha bir prioriteti ATƏT regionunda uzunsürən münaqişələrin davamlı həlli yollarında irəliləyişin əldə edilməsi üçün yolların axtarışı olacaq.

ATƏT regional münaqişələrin həllinə konkret töhfələr verməlidir ki, bu da təşkilatın əsas prioritetlərindən biri olaraq qalır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ATƏT-in Daimi Şurasının ilk iclasının açılışında 2012-ci il üçün ATƏT-ə sədrliyin prioritetləri haqqında danışarkən İrlandiyanın Baş nazirinin müavini, xarici işlər naziri İmon Gilmor deyib.
"Hazırda dünyanın müxtəlif hissələrində müşahidə etdiyimiz dərin siyasi və iqtisadi dəyişikliklər bir sıra mövcud regional münaqişələr və transmilli təhlükəsizlik problemləri üzərində səmərəli çoxtərəfli işin zəruriliyini göstərir" , - deyə cənab Gilmor bildirib.
Onun sözlərinə görə, sədrliyin əsas vəzifəsi ATƏT-in nadir güclü tərəflərinin inkişafına kömək edəcək ümumi prioritetləri müəyyənləşdirmək və təşkilatın bu qlobal problemlərin həllinə verə biləcəyi töhfənin hazırlanması olacaq.
İrlandiyanın daha bir prioriteti ATƏT regionunda uzunsürən münaqişələrin davamlı həlli yollarında irəliləyişin əldə edilməsi üçün yolların axtarışı olacaq.
Gilmor Dnestryanı münaqişənin nizamlanmasında rəsmi danışıqların bərpa edilməsini alqışlayıb. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupu həmsədrlərinə və 2008-ci ildə Gürcüstandakı münaqişəyə görə Cenevrə müzakirələri üzrə işə tam dəstəyini təklif edib.
"Biz İrlandiyada münaqişənin ifrat nəticəsini çox yaxşı bilirik. Bu təcrübə sülh danışıqları alətlərindən və razılaşdırılmış formatlardan istifadə etməklə, eləcə də beynəlxalq hüquq prinsiplərinə tam hörmət etməklə ATƏT regionunda həll edilməyən münaqişlərin nizamlanması üçün lazım olan səylərə dəstək verməkdə faydalı ola bilər", - o qeyd edib.

XS
SM
MD
LG