Accessibility links

Rəsul Cəfərov: Azadlığa çıxmaq əsas məqsədimdir


Rəsul Cəfərov
Rəsul Cəfərov

Fevralın 2-də hüquq mudafiecisi Rəsul Cəfərovun həbsindən altı ay keçir.

“Demokratiya Naminə İncəsənət” hüquq müdafiə kampaniyasının əlaqələndiricisi Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Cəfərov ittihamları qəbul etmir və sifariş hesdab edir.

Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

Yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rəsul Cəfərovun işi üzrə məhkəmə başlayıb.

Rəsul Cəfərov vəkili vasitəsi ilə şifahi şəkildə Turanın suallarına cavab verib.

Sual: Həbsinizdən yarım il ötür, hansı təssüratlarınız var?

Bu 6 ayda özümü darıxdırmamışam.

Cavab: Yalnız bir şeyə heyfslənirəm ki, bu vaxt ərzində Azərbaycanın güclənməsi üçün xeyli iş görə bilərdim, çünki əminəm ki, hüquq və azadlıqların qorunması, güclü və müstəqil vətəndaş cəmiyyəti nəticədə dövlətin də güclənməsinə gətirib çıxarır. Saxlanma şəraitindən və mənə münasibətdən şikayətim yoxdur. Bu 6 ayda özümü darıxdırmamışam, azadlığa çıxmaq əsas məqsədimdir, düşünürəm ki, həbsdə olan hər kəsin, xüsusən də təqsirsiz şəxs azadlığa çıxmağı düşünür ki, mən də istisna deyiləm.

Sual: Yaxın vaxtlarda azadlığa çıxmağa ümidiniz varmı?

Ölkənin milli maraqlarına zərbə vurmaqdan ümumiyyətlə söhbət gedə bilməz.

Cavab: Ümid həmişə var, ona görə ki, təqsirsiz olduğuma əminəm. Maliyyə sənədlərinin bir qismini prokurorluğa, digər qismini isə məhkəməyə təqdim etmişəm, 5 zərərçəkəndən üçü zərər çəkmədiklərini məhkəməyə bildiriblər. Digər iki zərərçəkənin isə zərər çəkmədiyi məhkəmədə sübut ediləcək. Hamı da dəqiq bilir ki, sırf hüquq müdafiə fəaliyyəti ilə məşğul olmuşam, vəsaitlər iğtişaşların təşkilinə, siyasi partiyaların maliyyələşməsinə və hər hansısa digər qanunsuz məqsədlərə deyil, məramı hüquqların müdafiəsi, vətəndaş cəmiyyətinin güclənməsi və öhdəliklərə əməl edilməsinin dəstəklənməsi olan ictimai təşəbbüslərə sərf olunub. Ölkənin milli maraqlarına zərbə vurmaqdan ümumiyyətlə söhbət gedə bilməz.

Sual: Hazırda işiniz məhkəmədədir, məhkəmənin yekununda azadlıq qərarı gözləyirsizmi?

Ancaq indidən yekun hökmü şübhə altına qoya bilmərəm.

Cavab: Niyə də olmasın, məhkəmə yeni başlayıb, baxmayaraq ki, ev dustaqlığına buraxılmağımla bağlı əvvəlki təcrübələr ürək açan deyil. Ancaq indidən yekun hökmü şübhə altına qoya bilmərəm. İndiyə qədərki fəaliyyətimdə də məhkəmə qərarlarını öncədən deyil, yalnız bu qərarlar veriləndən və onları analiz edəndən sonra əsassızlığına əmin olub tənqid etmişəm. Məhkəmə prosesim yəqin ki, növbəti iki-üç ayda davam edəcək, nəticəni gözləyək.

Sual: Hər hansı başqa əlavəniz varmı?

Cavab: Məhkəməyə gələn şəxlərə, məni müdafiə edən yerli və beynəxalq ictimaiyyət nümayəndlərinə, səbrli və möhkəm olduqları üçün ailə üzvlərim və yaxınlarıma öz təşəkkürümü bildirirəm.

XS
SM
MD
LG