Rəşid Hacılı bildirib ki, 2017-ci il həm mətbuat üçün, həm də ifadə azadlığı baxımından son illərin ən ağır illərindən biri olub. Onun sözlərinə görə, hər il olduğu kimi 2017-ci il də kütləvi informasiya vasitələrin fəaliyyətinin pisləşməsi, xüsusən də müxalif yönümlü mətbuat orqanlarında işləyən jurnalistlərə qarşı təzyiqlərin daha da çoxalması ilə yadda qalıb.
Hökümət 10 il bundan əvvəl arzulayardı ki, medianın vəziyyəti indiki kimi olsun.
“Texnologiyanın inkişafı, onlayn söz demək imkanlarının artması bir qədər bu təzyiqdən yan keçməyə imkan versə də, bundan istifadə edən şəxslərin sonradan problemlərlə üzləşməsi məsələsi hələ də qalmaqdadır. Məsələn, Sancaq Production səhifə vasitəsilə videobloqqerlik edən Mehman Hüseynov heç bir hüquqi əsas olmadan, höküməti tənqid edən bloqlarına görə həbs edildi. Kanal13-ün rəhbəri Əziz Orucovun saxlanılaraq, 6 illik həbs cəza alması da buna misaldır.
Media Hüququ İnstitutunun rəhbərinin qeyd edir ki, əgər əvvəlki illərdə hökümət müxtəlif saytların fəaliyyətində çətinliklər yaradıb, həmin saytlara daxil olmaqla bağlı ləngitmələr tətbiq edirdi.
Bu il isə artıq qanun qəbul edərək, bu qanunun əsasında AzadlıqRadiosu, Meydan TV, Turan TV kimi media orqanlarının saytlarına ölkədən girişinə birbaşa qadağan qoyulması artıq senzuranın növbəti mərhələsi deməkdir.
“Mart ayında qəbul edilən informasiyalar haqqında qanun senzuranı gücləndirmək üçün Rusiya və Türkiyə kimi ölkələrdə qəbul edilmiş qanunun eynisi idi. Məqsədləri isə siyasi məzmunlu yazılar paylaşan mətbuat orqanlarının üzərində məhdudiyyətlər yaratmaq, həmin yazıların oxuculara çatdırılmasına imkan verməmək idi.
Məqsədləri siyasi məzmunlu yazılar paylaşan mətbuat orqanlarının üzərində məhdudiyyətlər yaratmaqdır.
Buna görə də qanun qüvvəyə minən kimi hökümətin sensor funksiyasını həyata keçirən Rabitə və İnformasiya Texnologiyaları naziriyi Azərbaycan Respublikası Baş Prokurorluğu yazılı müraciət edərək ölkədən həmin saytlara girişə qadağa qoyulmasını tələb etdi.
Saytların bloklanmasının oxucuların informasiya almaqlarında çətinliklər yaratmaqla yanaşı, həmin mətbuat orqanlarının oxucu bazasının azalmasına da səbəb olduğunu qeyd edən Rəşid bəyin bildirdiyinə görə, daha sonra poxy proqramlar vasitəsilə saytlara girişi təmin etmək mümkün olsa da, bütövlükdə qanun dəyişikliyi sayəsində hökümət öz məqsədinə qismən də olsa nail ola bilib.
“Azərbaycanda heç bir qəzet çap olunub, özünün saxlamaq gücündə deyil. Ona görə ki, reklam bazarı dağıdılıb, müxtəlif siyasi qadağalar həyata keçirilir, höküməti az belə olsa tənqid edən qəzetlərə heç kəs reklam vermək istəmir. Bundan əlavə hökümət inzibati resusrlardan istifadə edərək azad mətbuatı sıxışdırmaq gücünə sahibdir. Belə olan halda informasiya yaymaq istəyən mətbuat orqanları məcbur bunu xaricdən etməli olur. Bu da ancaq onlayn şəkildə mümkündür. Ya da ayrı-ayrı şəxslər fərqdi bloqerlik edərək məlumat çatdırılmasına xidmət edə bilir. Amma bu da peşakar jurnalistika deyil.”
Mən qorxuram ki, gələn il seçkilər olmasına baxmayaraq vəziyyət daha da pisləşər.
2018-ci ilin seçki ili olması və beynəlxalq qurumların Azərbaycana diqqətinin artacağına baxmayaraq ölkədə medianın durumunun düzələcəyinə ümidli olmayan Rəşid bəy əlavə edir ki, hökümət cəmiyyətdə yayıla biləcək tənqidi informasiyaların insanlar arasında inamsızlıq və hökümət üçün narahatlıq yarada bilməsindən çəkinərək var gücü ilə bunun baş verməsinin qarşısını almağa çalışacaq.
“Hökümət ildən-ilə medianın vəziyyətini pisləşdirmək, onun fəaliyyət imkanlarını daraltmaq istəyir. Seçki ilində azad mətbuatın imkanları artırılmasa da ola bilsin ki, qısa müddətlik də olsa basqılar bir qədər azalsın. Buna da səbəb məhz seçki ilə bağlı hesabatlara qara ləkə düşməsindən çəkindikləri üçündür. Amma ümumilikdə müsbətə doğru hansısa addım atıla biləcəyini düşünmürəm."
ABŞ Senatının Azərbaycan hökümətinə təsir gücü Avropa institutlarından daha çoxdur.
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı onu da əlavə edib ki, beynəlxalq qurumların, Avropa İnstitutlarının Azərbaycana qarşı qəbul etdikləri bəyanatların əhəmiyyəti olsa da, İlqar Məmmədovla bağlı qərarın yerinə yetirilməməsi onu göstərir ki, onların da imkanları o qədər geniş deyil və hökümətə qarşı çox ciddi təzyiq göstərməkdən çəkinirlər.
“ABŞ-ın Konqres və Senat nümayəndələri təzyiqləri sayəsində hakimiyyət Mehman Əliyev və Turan informasiya agentliyinə qarşı ittiham irəli sürməklə səhv qərar verdiyinin fərqinə vararaq, qərarını dəyişdirməli olub. Elə məsələlər var ki, Azərbaycan höküməti onun üzərində çox ciddi israrla durmur və müəyyən qədər geri çəkilməyə, öz planlarını bir qədər dəyişdirməyə razı olur. Mehman Əliyevin işi də belə işlərdən idi.
Amma biz eyni vəziyyəti İlqar Məmmədovun işində görə bilmirik. Təzyiqlər var, Avropa Şurası və Avropa Məhkəməsi vasitəsilə basqılar aparılsa da hökümət geri çəkilmir. Bəlkə də ABŞ Senatının və Konqresinin Azərbaycan hökümətinə təsir gücü Avropa institutlarından daha çoxdur. Hökümət Turan gentliyinə qarşı ittiham irəli sürməklə özünün də ağ elədiyini və tamamilə mənasiz bir addım atdığının fərqinə vardı."