Accessibility links

"Sərhədsiz Reportyorlar" Azərbaycan hökumətini "Media haqqında" qanunu təkrar gözdən keçirməyə çağırır 


"Azərbaycan üçün kədərli yubiley: Bir il əvvəl media sahəsinə nəzarəti gücləndirən və jurnalistlərin hüquqlarının pozulmasını qanuniləşdirən "Media haqqında" yeni qanun qüvvəyə minib.

Bu barədə "Sərhədsiz Reportyorlar" təşkilatı fevralın 9-da Twitter səhifəsində Azərbaycanda "Media haqqında" yeni qanunun qüvvəyə minməsinin bir illiyi ilə bağlı paylaşımında bildirib.

"Sərhədsiz Reportyorlar" Azərbaycan hökumətini qanunu təkrar gözdən keçirməyə çağırır.

"Media haqqında" qanunun tətbiqi haqqında

Ötən il fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. 2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub.

Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov isə fevralın 6-da bildirib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Lakin müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin problemə çevriləcəyini deyirlər və qanuna dəyişiklik edilməsini tələb edirlər.

XS
SM
MD
LG