Accessibility links

Ərəb baharı Türkiyənin nüfuzunu artırıb


Ərəb baharı Türkiyənin nüfuzunu artırıb
Ərəb baharı Türkiyənin nüfuzunu artırıb

Tunisdən başlayaraq Şimali Afrika və Yaxın Şərqi bürüyən Ərəb baharı hərəkatı Amerikanın qüdrətinin sərhədlərinin müəyyən edilməsinə yol açıb. Təhlilçilər Vaşiqntonun Yaxın Şərqə təsirinin əvvəlki kimi olmayacağını deyir. Liviyadan başqa Amerika ilə Avropa Yaxın Şərq ölkələrindəki hərəkatları xaricdən izləməli oldu. Lakin region ölkələrindən fərqli olaraq Türkiyənin nüfuzu artdı. Vaşinqtondakı Yaxın Şərq İnstitutunun son hesabatında məhz bu məsələyə diqqət yetirilib. Ərəb baharının Amerika siyasətinə təsirləri barədə hesabat ABŞ Dövlət Departamentinin sabiq nümayəndəsi Allen Keysvetterin rəhbərliyi ilə hazırlanıb. “Türkiyə bölgədə önəmli rola malikdir. Hesabatda Ərəb baharı dövründə Türkiyənin önəmli yer aldığı önə çəkilib. Türkiyənin Suriyadakı inkişaflarda rolu böyükdür. Regionda daha bir güc-İran var, lakin İran baş verənlərdən qazanclı çıxmadı. Olaylar davam edir” .

Türkiyənin nüfuzunun artması iki səbəblə izah edilir. Yaxın Şərq İnstitutunun hazırladığı hesabatın müəlliflərindən biri Artur Huges:”Ərəb baharının regional təsirləri Türkiyə vasitəsi ilə yayıldı. Türkiyə ərəb, islam dünyası və regionda bir yol ayrıcında idi. Məhz buna görə Türkiyə öz siyasətini qonşuları və daha geniş əhatəyə görə nizamladı. Bir yandan da İsrailin əməlləri rahatsızlığa yol açırdı”.

Yaxın Şərq hadisələri hələ davam edir və gələcək qeyri-müəyyəndir. Lakin hər şey Amerika və onun əsas müttəfiqi Türkiyənin əvvəllər olmadığı qədər gələcəkdə daha yaxından əməkdaşlıq edəcəyinə işarə edir.

XS
SM
MD
LG