Vəkil Elmar Süleymanov Amerikanın Səsinə müsahibəsində “Zerkalo” qəzetinin həbsdə olan müxbiri Rauf Mirqədirovun şikayətlərinin məhkəmələr tərəfindən təmin edilməməsinin səbəblərindən danışıb.
Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanıb və Bakıya göndərilib. Jurnalist Bakı hava limanında həbs edilib. O Ermənistanın xeyrinə casusluqda günahlandırılaraq dövlətə xəyanətdə ittiham olunur.
Bu gün Nəsimi rayon Məhkəməsi Rauf Mirəqdirovun Türkiyədə hüquqlarını qorumaq üçün vəkilə etibarnamə verməsi üçün istintaq təcridxanasına notarius çağırılmaması ilə bağlı şikayətini təmin etməyib.
“Bu günkü məhkəmə növbəti hüquq pozuntusu ilə başa çatdı və bu ədalətin fiaskosu idi”, vəkil Nəsimi rayon Məhkəməsinin qərarına münasibət bildirib.
Onun sözlərinə görə məhkəmə Rauf Mirqədirovun prosesdə iştirakını təmin etməyib. “Mirqədirov bir neçə gün öncə bu günkü məhkəmədə həbsinin bəzi məqamları ilə bağlı aşıqlama verəcəyini bəyan etmişdi. Düşünürəm ki, onun məhkəməyə gətirilməməsi bununla bağlı idi. Çünki bundan əvvəlki məhkəmələrin hamısında Mirqədirovun iştirakı təmin edilmişdi”, vəkil bildirib.
Vəkil həmçinin hesab edir ki, jurnalist Türkiyədən deportasiya deyil, ekstradisiya edilib. “Mirqədirov Türkiyədə tutularaq Azərbaycana təhvil verilib. Buna rəsmi deportasiya adı qoyulub. Amma faktiki olaraq müdafiə tərəfi bunu ekstradisiya kimi qəbul edir. Çünki bu ekstradisiyanın əlamətlərinə çox uyğun gəlir. Biz hesab edirik ki, Mirqədirovun Türkiyədə hüquqları pozulub. Bu səbəbdən də Türkiyədə jurnalistin hüquqlarını müdafiə edəcək vəkilə Mirqədirovun adından vəsatət verilməsi üçün təcridxanaya notariusun çağırılması ilə bağlı vəsatət vermişdik. Müstəntiq vəsatəti təmin etmədiyindən məhkəməyə şikayət etdik, məhkəmə isə şikayəti təmin etmədi”.
Süleymanovun fikrincə müstəntiqin qərarı Azərbaycan konstitusiyasının azı 6 müddəasını, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərin 24 normasını pozub. “Buna baxmayaraq məhkəmədə istintaq orqanının ədalətsiz qərarını təsdiq etdi”, o qeyd edib.
Eyni zamanda qohumlarla görüş, telefonla əlaqə, Mirəqdirovun özünün istədiyi qəzet və jurnallara abunə yazılmasına icazə verilməməsi barədə şikayət də təmin edilməyib. “İstintaq izah edir ki, bunlar təmin edilsə Mirqədirov müəyyən istintaq sirlərini yaya bilər. Lakin onun atasının yas mərasimində iştirak etməsinə icazə verilib və hər hansı istintaq sirri yaymayıb, heç kimə təsir etməyib, istintaqın gedişinə mane törətməyib. Məhkəməyə bildirdik ki, istintaqın irəli sürdüyü ehtimallar real faktlarla təkzib olunur. Məhkəmə yenə də istintaqın fərziyyəsini təsdiq etdi. Hansı ki, Mirqədirovun istintaq təcridxanasının əməkdaşlarının iştirakı ilə 75 yaşlı anası ilə görüşməsi hansısa bir istintaq sirrinin yayılmasını mümkünsüz edir”, vəkil deyib.
Onun sözlərinə görə istintaq orqanının Mirqədirova qarşı dövlətə xəyanət ittihamı ilə bağlı hər hansı sübutu yoxdur. “Tutulduğu gündən indiyədək Mirqədirovun dindirilməsinə iki dəfə cəhd edilib. O etiraz olaraq ifadə verməkdən imtina edir. Bu günədək Mirqədirovun iştirakı ilə hansısa bir istintaq hərəkəti də aparılmayıb. Dövlətə xəyanət elə ittihamdır ki, bununla bağlı istintaq orqanının həbsdən qabaq sübutları olmalıdır. Həbsdən sonra sürətli istintaq hərəkətləri aparılmalıdır. Bu baş vermir”, Süleymanov bildirib.
Vəkilin sözlərinə görə istintaq Mirqədirovun hansı xarakterli dövlət sirlərini yaydığı və dövlətin mənafeyinə hansı ziyan vurduğunu demir. “Yalnız ümumi deyirlər ki, dövlət sirrini yayıb, dövlətin mənafeyinə ziyan vurub. Bu isə ittiham üçün sübut ola bilməz”.