Accessibility links

Rauf Mirqədirovun apellyasiya şikayəti yenə təmin edilməyib


Rauf Mirqədirov
Rauf Mirqədirov

Jurnalist ittihamı absurd sayaraq ifadə verməkdən imtina edir

Nəsimin Rayon Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun şikayəti əsasında iyunun 6-na təyin edilən məhkəmə prosesi təxirə salınıb.

Vəkil Elmar Süleymanovun Amerikanın Səsinə verdiyi məlumata görə, buna R. Mirqədirovun məhkəməyə gətirilməməsi səbəb olub.

Proses iyunun 9-da keçiriləcək.

***
Iyunun 6-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılıb.

Vəkil Elmar Süleymanov Amerikanın Səsinə bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Onun sözlərinə görə apellyasiya şikayəti R. Mirqədirovun ailə üzvləri ilə görüş hüququnun məhdudlaşdırılması ilə bağlı müstəntiqin qərarından verilmişdi.

“Biz vəsatət qaldırdıq ki, müstəntiqin qərarı saxtadır və xətşünaslıq ekspertizası keçirilməlidir. Lakin məhkəmə vəsatətimizi təmin etmədi”.

İyunun 6-da Nəsimi rayon məhkəməsində Rauf Mirqədirovun daha bir məhkəməsi keçiriləcək. Müdafiə tərəfi müstəntiqin notariusun təcridxanaya dəvət olunması ilə bağlı qoyduğu qadağadan şikayət verib.

"Etibarnaməyə görə Türkiyədə vəkillər Rauf Mirqədirovun hüquqlarını müdafiə edəcəkmiş. Bu məhkəmədən sonra Rauf Mirqədirovun bəyanatı səslənəcək".

Vəkil bəyanatın məzmunu haqda məlumat verməyib.

R.Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edildikdən sonra həbs olunub.

O, Ermənisanın xeyrinə casusluqda ittiham olunub və aprelin 21-də məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib.

Jurnalist ittihamı absurd sayaraq ifadə verməkdən imtina edir. Lakin ötən gün o, bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə istintaqa ifadə vermək qərarına gəlib.
XS
SM
MD
LG