Accessibility links

İranda zəlzələ baş verib


5.7 bal gücü olan zəlzələ dünən ölkənin uzaq regionunu silkələyib və 280 kilometrlikdə yerləşən paytaxt Tehranda hiss olunub

İran dövlət televiziyasının verdiyi məlumata görə, İranın şimal-şərqində zəlzələ nəticəsində iki uşaq həlak olub. 5.7 bal gücü olan zəlzələ dünən ölkənin uzaq regionunu silkələyib və 280 kilometrlikdə yerləşən paytaxt Tehranda hiss olunub. Dövlət mediası yerli rəsmilərə istinadən bildirib ki, dörd yaşlı qız və bir başqa uşaq hadisədə həlak olub və azı 15 nəfər xəsarət alıb. Bir neçə evə zərər dəyib. seysmoloji bölgədə yerləşən İran zəlzələlərə həssasdır. İranda 30000 insanın ölümünə səbəb olan və qədim Bam şəhərini viran qoyan son ən pis zəlzələ 2003-cü ildə baş verib.

XS
SM
MD
LG