Accessibility links

İran vətəndaşlarından 10 kiloqram narkotik götürülüb


Narkotiki gizli yolla Azərbaycana gətirən iki İran vətəndaşı həbs edilib.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi İran vətəndaşları - 34 yaşlı Şəmsəli Dustər və 32 yaşlı Davud Nurinin bu il aprelin 9-da dövlət sərhəddini pozaraq külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiklərini müəyyən edib. Əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb, onlardan 10 kiloqram həşiş və 1 ədəd xəncər götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ilkin dindirmə zamanı Ş.Dustər və D.Nuri narkotik vasitəni Biləsuvar rayonu ərazisində cinayətin təşkilatçısı olan və hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının göndərəcəyi adamlara təhvil verəcəklərini və bunun müqabilində onlardan 10 min ABŞ dolları alacaqlarını etiraf edib.
Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və tutulanlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir

XS
SM
MD
LG