Dünyanın 6 qüdrətli dövlətindən ibarət qrup İranı qeyd-şərtsiz mübahisəli nüvə proqramı ilə bağlı müzakirələrə dəvət edib. Bu gün Vyana görüşü zamanı P5+1 qrupu müzakirələrin konkret və nəticəli olmasının vacibliyini vurğulayıb.
BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü- ABŞ, Çin, Rusiya, Fransa, Britaniya, habelə Almaniya nümayəndələrindən təşkil edilən qrupun bəyanatında mübahisənin sülh yolu ilə həllinə üstünlük verildiyi bildirilib. Sənəddə İran Beynəlxalq Atom Enerjisi Agentlyinin müfəttişlərinin Pərçin nüvə obyektində yoxlanışlara yol verməsinə çağırılır. Agentlik İranın həmin bu obyektdə nüvə sınaqları həyata keçirdiyindən şübhələnir.
Bu gün İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi ABŞ prezidenti Barak Obamanın münaqişənin diplomatik yolla həllinə hələ vaxt olduğunu deməsini alqışlayıb.