Dekabrın 27-də İran parlamentinin açıq iclasında deputatla dövlət məmuru arasında dava düşüb. Belə ki, İranın subsidiyaların məqsədyönlü paylanması üzrə təşkilatının rəhbəri Behruz Muradinin parlamentin üzvü Hüseyn Hüseyni ilə sözü çəp gəlib və onun üzünə sillə vurub.
Trend Agentliyinin məlumatına görə, hadisədən sonra nümayəndələr arasında çaxnaşma yaranıb və onlar qarşıdurmanın qarşısını alıblar. Parlamentin spikeri Əli Laricani Behruz Muradini parlamentin iclasından çıxarılmasına dair göstəriş verib.
Muradi bu gün parlamentə subsidiyalar haqqında qanunun 12-ci maddəsi ilə bağlı hesabat vermək üçün çağırılıb