Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” (ABA) Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.
Fərmana görə, ABA-nın problemli aktivlərinin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi yolu ilə həyata keçiriləcək.
Fərmanda qeyd olunur ki, ABA-nın restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda onun nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını 6 ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim ediləcək və özəllədirmə də bundan sonra başlayacaq.
“Amma 6 ay nə zamandan hesablanacaq, onu fərmandan ayınlaşdımaq mümkün olmur. Hələ mart ayında ABA-nın prezidenti Cahangir Hacıyev işdən çıxarılanda bankın özəlləşdiriləcəyi haqqında fikirlərimi mətbuatla bölüşmüşdüm. Amma heç vaxt təsəvvür etməzdim ki, bu cür özəlləşdirmə modeli seçilsin”, deyə iqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində ABB-nin özəlləşdirməyə hazırlanması ilə bağlı prezident fərmanına münasibət bildirib.
Ekspert yazır ki, bu fərmanla ABA-nın bütün problemli aktivləri və onun idarəedilmə hüququ bank olmayan kredit təşkilatına verilib.
“ABA-nın kiçik bir filialı qədər pul dövriyyəsi olmayan “Aqrarkredit” QSC-yə böyük həcmli və ciddi problemli aktivlərin idarə edilməsi hüququnun verilməsini saglam məntiqlə əsaslandırmaq mümkün deyil. Belə ki, bu ayın əvvəlinə "Aqrarkredit” QSC-nin cəmi aktivləri 29 milyon 521 min manat olub. Bu təşkilatın ABA-nın 100 milyonlarla borcunun idarə edib, geri qaytaracağı heç inandırıcı görünmür”, iqtisad elmləri doktoru qeyd edir.
O əlavə olaraq deyib ki, adətən dövlət mülkiyyətində olan müəssisələri sağlamlaşdırmaq üçün özəlləşdirirlər.
“Amma, bizdə əksinə ABA-nın əvvəlcə saglamlaşdırılması və sonra isə özəlləşdirməsi nəzərdə tutulur. ABA-nın problemlı aktivlərini ondan ayırıb idarəetmə hüququnu təcrübəsiz bir təşkilata vermək, sonra isə Azərbaycanın ən iri bankını borclardan qurtulmuş formada özəlləşdirilməyin məqsədi artıq indidən bəllidir. Çox güman ki, bu bankı da "Kapital" bankın taleyi gözləyir”, o bildirir.
Hazırda ABA-da əmanətləri olan fiziki və hüquqi şəxslərin sayı 800 mini ötüb. Çox güman ki, bu qədər böyük müştəri şəbəkəsinə malik olan bankın özəlləşdirməyə hazırlanması ilə bağlı fərman onlarda müəyyən narahatşçılıqlar yaradacaq.
Bu halda eksperttəklif edirəm ki, Mərkəzi Bank bu istiqamətdə yarana biləcək ajiotajın qarşısını almaq üçün təcili olaraq bəyanatla çıxış etməli və ABA-da olan əmanətlərin taleyinə ayınlıq gətirməli və ona təminat verməlidir.