Qarabağa qayıdış planı üçün nə qədər vaxt lazımdır?
Prezident İlham Əliyev noyabrın 20-də xalqa müraciət edərkən deyib ki, hökumət işğaldan azad olunmuş torpaqlara böyük qayıdış planı tərtib edir. İndi isə məcburi köçkünlərin əksəriyyətini maraqlandıran suallardan biri də, öz doğma torpaqlarına nə vaxt qayıda biləcəkləri ilə bağlıdır. Böyük qayıdış planı üçün Azərbaycana nə qədər vaxt lazımdır? İqtisadçı Toğrul Vəliyev deyir ki, işğdaldan azad edilmiş bəzi bölgələrdə infrastruktur artıq mövcud olsa da, bəzi bölgələrdə hər şey sıfırdan tikilməlidir. Bunları nəzərə alaraq demək olar ki, müxtəlif bölgələrə müxtəlif dövrlərdə məskunlaşma mümkün ola bilər. O deyir ki, Cocuq Mərcanlı təcrübəsində məskunlaşma 1 il sonra başlanmışdı. Bu təcrübəni nəzərə alaraq deyə bilərik ki, 2021-ci ilin ikinci yarısından etibarən iri yaşayış məntəqələrində məskumlaşma başlaya bilər. Toğrul Vəliyev bildirib ki, hazırda işğaldan azad edilmiş bölgələrə nə qədər vəsaitin xərclənəcəyi bilinmir, dövlətin də bununla bağlı ümumi hesablaması yoxdur. Əgər 20 il əvvəl hazırlanmış sənədlərə nəzər keçirsək 25 milyarda kimi vəsait tələb olunur. Bəzi məmurlar öz açıqlamalarında bildirir ki, Azərbaycan hökuməti həmin bölgələrə ilkin olaraq 6 milyard dollara kimi vəsait ayırmaq niyyətindədir. İqtisadçının sözlərinə görə azad olunmuş ərazilərdə iqtisadiyyat sıfırdan qurulacağı üçün beynəlxalq maliyyə qurumlarının, humanitar təşkilatların və ya xarici investisiyanın cəlb edilməsi ilə orada quruculuq işləri aparmaq olar. Həmçinin həmin ərazilərdən əlavə gəlir mənbəyi də əldə etmək mümkündür.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb