Accessibility links

Təbrizdə edam məhkumu qətlə yetirdiyi şəxsin ailəsi tərəfindən əfv edilib


Təbriz Mərkəzi Həbsxanası
Təbriz Mərkəzi Həbsxanası

Təbrizdə bir məhbus qətlə yetirdiyi şəxsin ailəsi tərəfindən əfv edilərək dar ağacından asılmaqdan xilas olub.

Şərqi Azərbaycan Vilayəti Həbsxanalar Baş İdarəsinin rəisi Məhəmməd Cavadi bu barədə məlumat verib.

Cavadinin bildirdiyinə görə, keçən təqribən 11 ay ərzində İranın Şərqi Azərbaycan vilayətində 14 edam məhkumu "qan sahibləri" (qətlə yetirdikləri şəxslərin ailələri) tərəfindən əfv edilib.

"Hicri ilinin əvvəlindən (21 mart 2022) indiyədək, sosial işçilər və ixtilafların həlli üzrə vasitəçi şuranın səyləri və müzakirələri nəticəsində 108 qisas [qətl] dosyesindən 14-ündə qan sahiblərinin razılığını almaq mümkün olub," Həbsxanalar Baş İdarəsinin rəisi söyləyib.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini "diyə-təzminat" almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər "diyə" məbləğini hazırlayıb ödəyə bilməyən məhkumların ölüm cəzası icra edilir. "Diyə" şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.

XS
SM
MD
LG