“Prezidentliyə namizədlik uğrunda mübarizə daha da sərtləşir”
Harvard universitetinin Kennedi İdarəçilik Məktəbinin magistr məzunu Vüqar Salamlı Amerikanın Səsinə müsahibəsində Demokrat Partiyasından prezidentliyə namizədlik uğrunda keçirilən seçkiləri şərh edib. Onun sözlərinə görə, seçki prossesi başlayan zaman demokratların 20-dən çox namizədi olmasına baxmayaraq, çox insan proqnoz edir ki, seçkilər iki şəxsin, Bayden və Sandersin arasında olacaq. Super çərşənbə axşamı seçkilərində də bu göründü ki, həqiqətən də yalnız bu iki şəxsin namizədlik uğrunda yarışda qalib gəlmək şansı var. Bu da hər iki namizədə bundan sonrakı kampaniyalarında özü ilə rəqibi arasında kontrast yaratmağa imkan yaradacaq. Siyasi şərhçi onu da əlavə edib ki, son 3 gündə baş verən hadisələr, yəni, Cənubi Karolinada qələbə qazanması, digər namizədlərin öz kampaniyalarını dayandırıb, onu dəstəkləməsi və Super çərşənbə günü seçkilərində 10 şatatda rəqiblərini üstələməsi Jo Bayden üçün vacib bir momentum yaradıb. Ancaq buna baxmayaraq Demokrat Partiyasından prezidentliyinə namizəd olmaq üçün toplanması vacib olan deleqat sayı var. Hazırki vəziyyətdə isə Jo Bayden və Bernie Sandersin topladığı deleqat sayının arasında çox böyük fərq olmaması bizə onu deməyə əsas verir ki, önümüzdəki həftələrdə namizədlik uğrundan mübarizə daha da kəskinləşəcək.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib