Accessibility links

Prezidentin əfv sərəncamı, MTN generalları və əks fikirlər


Cəzaçəkmə müəssisəsi
Cəzaçəkmə müəssisəsi

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Sərəncama görə, 176 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Sənəddə deyilir ki, əfv sərəncam dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan prezidentinə ünvanladığı əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.

Əfv olunanalar arasında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisləri Akif Çovdarov və Sübahir Qurbanov da var. Bu keçmiş idarə rəisləri Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, külli miqdarda əmlak ələ keçirmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər çoxsaylı maddələri ilə ittiham olunub.

Xədicə İsmayılova
Xədicə İsmayılova

Xədicə İsmayılova: Akif Çovdarovun azadlığa buraxılması cəmiyyət üçün ciddi mesajdır

Siyasi Məhbusların Vahid Siyahısının Hazırlanamsı üzrə işçi qrupunun üzvü Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində bildirib ki, əfv olunanlar arasında siyasi məhbus kimi tanıdıqları iki nəfər var. Onlar İslam Partiyasının üzvü Fəramiz Abbasov və Nardaran hadisələri ilə bağlı həbs olunmuş Eldar Bünyadovdur.

Xədicə İsmayılova: Akif Çovdarovun azadlığa buraxılması cəmiyyət üçün ciddi mesajdır
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Təsəvvür edin, Akif Çovdarov azadlığa buraxılır, amma siyasi məhbuslar azadlığa buraxılmır.
Xədicə İsmayılova, siyasi məhbuslar üzrə işçi qrupunun üzvü

“Bu sənəd əslində siyasi məhbus probleminin həllinə yönəlməyib. Sənddə də deyilir ki, yaşla və koronavirusla bağlıdır. Amma siyahılda bir tanışad var. O, siyasi məhbus deyil, uzun müddət siyasi repressiyaların aparıcı adamı olan Akif Çovdarovdur. Təsəvvür edin, Akif Çovdarov azadlığa buraxılır, amma siyasi məhbuslar azadlığa buraxılmır. Başa düşürəm, bu humanitar addımdır, yaşla bağlı risk qrupuna aid olanlara yönəldilib. Amma Akif Çovdarovu cəmiyyətdən təcrid etmək lazımdır. Çovdarov o qədər çox ciddi cinayətlərə imza atıb ki, onun azadlığa buraxılması cəmiyyət üçün ciddi mesajdır, həm də cəmiyyət üçün təhlükəli adamdır,” İsmayılova qeyd edib.

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli: Dövlətin və millətin təhlükəsizliyinə böyük zərbə vuranlar əfv edilib

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli keçmiş Milli Təhlükəsizlik Nazirliynin idarə rəsilərinin əfv edilməsini kəskin tənqidlə qarşılayıb.

“Dövlətin və millətin təhlükəsizliyinə böyük zərbə vurmuş, MTN-də korrupsiyanın şəbəkələşməsində mühüm rol oynamış, hər ay keçmiş Rabitə və İnformasiya texnologiyaları nazıirliyindən böyük həcmdə paket almış Akif Çovdarov və Sübahir Qurbanovu əfv edib, heç bir günahı olmayan Qarabağ qazisi Babək Həsənlini, ölkənin müdafiəsində fədakarlıq etmiş Saleh Rüstəmlini həbsdə saxlamaq, Qarabağ döyüşçüsü Tofiq Yaqublunu həbsə göndərmək üçün gərək İlham Əliyev olasan,” o, Facebook səhifəsində yazıb.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: 130 nəfərdən artıq siyasi məhbusu həbsdə saxlayıb, MTN işinin əsas fiqurantlarını əfv etmək haqsızlıqdır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli MTN generallarının əfv edilməsini kəskin tənqid edən bəyanatla çıxış edib.

Siyasi məhbuslar
Siyasi məhbuslar

“Tofiq Yaqublu, Saleh Rüstəmli, Babək Həsənov kimi Qarabağ qazilərini, bütövlükdə haqq sözünə görə məhbəslərdə çürüdülən 130 nəfərdən artıq siyasi məhbusu həbsdə saxlayıb, MTN işinin əsas fiquru Akif Çovdarovu əfv etmək haqsızlıqdır və ictimai vicdanı sızladır. Əfv edilmiş 176 nəfərin mütləq əksəriyyətinin azadlığa çıxmasına sevinirik. Onları və ailələrini təbrik edirik. Etiraz onların əfv edilməsinə yox, siyasi məhbusların və epidemiya dövründə azad edilməli olan digər məhbusların hələ də həbsdə saxlanmasındadır. Hər fürsətdə milləti özününkilərə və özgələrə (hətta düşmənlərə) bölmək çox səhv siyasətdir. İlham Əliyevin özü üçün də, bütövlükdə dövlət üçün də zərərlidir. Fəsadları ağır ola bilər. Bu siyasətdən imtina edilməli, siyasi məhbuslar və digər məhbusların da əksəriyyəti azad edilməlidir,” AXCP sədri Facebook səhifəsində yazıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı

Arif Hacılı: Hakimiyyət cəmiyyətin maraqları nəzərə almadı

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, keçmiş MTN generallarının azadlığa buraxılması cəmiyyətə meydan oxumaqdır.

“Bu gün verilən əfv fərmanı çox məyusluqla qarşılanıb. Uzun müddət idi ki, əfv fərmanı verilməmişdi. Çoxsaylı siyasi məhbusların olduğu, həm də epidemiyanın hər gün daha çox yayıldığı indiki dövrdə belə əfv fərmanı vermək olmazdı. Bu fərman minlərlə məhbusa aid olmalı və ya hansı yollasa çoxlu sayda məhbusun azadlığa çıxması təmin edilməli idi. Türkiyədə, İranda, başqa ölkələrdə on minlərlə məhbus azadlığa buraxılır. Cəza müddəti azalmış, xüsisi təhlükə törətməyən cinayətlərə görə məhkum edilənlər azadlığa buraxılır. Bu yolla indiki şəraitdə cəmiyyətdə gərginliyin azalmasına yönələn xoş məram nümayiş etdirilir. Azərbaycanda da belə addım atılmasını, siyasi məhbusların və minlərlə başqa məhbusun azadlığa buraxılmasını təklif etmişdik. Təəssüf ki, hakimiyyət yenə də cəmiyyətin maraqlarını nəzərə almadı, bizim təkliflərimizi qəbul etmədi. Tofiq Yaqublu, Babək Həsənov kimi siyasi məhbusları həbsdə saxlayıb, Akif Çovdarov kimi qatı cinayətkarların azadlığa buraxılması cəmiyyətə meydan oxumaqdır,” Müsavat Partiyasının başqanı Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG