Accessibility links

Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib


Oktyabrın 30-da Bakı Hərbi Məhkəməsi hakim Həbib Həsənovun sədrliyi ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovu 12 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə həmçinin Çovdarovun general rütbəsindən məhrum edilməsi üçün prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarıb.

Məhkəmənin hökmündə Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakının dövlətin xeyrinə müsadirə olunması da əksini tapıb. Məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia 3 milyon manat səviyyəsində təmin olunub.

Məhkəmənin hökmü ilə Çovdarovun tabeliyində olan köməkçiləri Səlim Məmmədov 11, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Akif Çovdarovun məhkəməsi
Akif Çovdarovun məhkəməsi

Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub.

Ümumilikdə həbs edilən “MTN-çi”lərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

A.Çovdarov və keçmiş işçilərinə qanunsuz azadlıqdan məhrumetmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, 10-dan artıq maddə ilə ittiham irəli sürülüb.

Prokuror Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanov və Akif Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Akif Əliyev və Orxan Osmanova münasibətdə Cinayət Məcəlləsinin 62-ci (elan olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi istənilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG