Vaşinqtonda fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibəsində Milli Şuranın Azərbaycanda insan hüquqlarını pozan polis və digər şəxslərə qarşı fərdi sanksiyaların tətbiq olunmasıyla bağlı bəyanatını şərh edib.
Jurnalistin sözlərinə görə, bu sanksiyalar bütövlükdə ölkəyə qarşı deyil, Azərbaycanda insan haqlarını kobudluqla pozan dövlət rəsmilərinə tətbiq edilir.
“ABŞ hökümətinin Dövlət Departamentinin timsalında insan haqları pozucularına qarşı hər hansı bir sanksiyayla cavab vermək niyyəti varsa bunun üçün heç də Qlobal Maqnitski Aktı prossesinin gözləməyə ehtiyacı yoxdur. Çünki, ABŞ Dövlət Departamentinin əlinda viza sanskiyası kimi səlahiyyəti var. Bu səlahiyyətdən istifadə edərək Azərbaycan və digər ölkələrdəki rəsmilərə qarşı bu sanksiyaları tətbiq oluna bilər.”
Cənab Raufoğlu bildirib ki, Azərbaycan hakimiyyəti son günlərdə göstərdiyi davranışıyla sanki özünü ünvanlı sanksiyalara hədəf kimi daha da yaxınlaşdırmaq istəyir.
Sanki Azərbaycan hakimiyyəti bu polislərə qarşı sanskiyaların tətbiq olunmasında maraqlıdır.
“Videolar çəkir, videoda polislərin üzlərini göstərir, onların adı, soyadı və digər şəxsi məlumatlarını mediaya sızdırır. Sanki Azərbaycan hakimiyyəti istəyərəkdən bu polislərə qarşı sanskiyaların tətbiq olunmasında maraqlıdır. Bəlkə bu polislər üçün də yaxşı bir mesajdır ki, onlar polis dəyənəyinə əl atmazdan öncə başa düşməlidir ki, hakimiyyət onları nəyə sürükləyir. Hakimiyyət onun üzünü çəkib adını, ünvanını ictimailəşdirməklə onların və övladlarının qərb dünyasında səyahət etmək imkanını əlindən almağa, özündən asılı etməyə çalışır.”
Ələkbər Rauğlu əlavə edir ki, polis bu həftənin əvvəlində göstərdiyi əməliylə bütün qırmızı xətləri aşıb.
“Polisin zorakılığı danılmazdır. Səhər tezdəndən evə soxulması, insanları paltarsız şəkildə evdən çıxartması, təhqir etməsi, sürüməsi ekspertlər tərəfindən qəbuledilməz hesab edilir. Bu proseslərdə işgəncəyə, döyülməyə məruz qalmış hər bir vətəndaşa xatırlatmaq istəyirəm ki, imkan daxilində onlara qarşı qanunsuz hərəkətlər edən polislərin adlarının və digər məlumatların araşdırılmasında yaxından iştirak etsinlər ki, bu işlər sənədləşdirilsin. Bu da gələcəkdə Qlobal Maqnitski Aktının müəyyənləşdirilməsinə dair təşkil olunan komissiyada həmin şəxslərin adlarının bu siyahı salınması üçün çox vacibdir.
Sanksiyaların məqsədi cəza deyil, rəftarı dəyişmək çağırışıdır.
İkinci müraciətim isə polislərədir ki, onlar başa düşməlidir ki, Azərbaycan höküməti özü sudan quru çıxmağa çalışır və polisin özünü, bu işin iştirakçılarını birbaşa hədəf olaraq göstərir. Çünki, fərdi sanksiyalar tətbiq olunanda məhz həmin şəxslərə qarşı bilavasitə tətbiq olunacaq.”
Son həftələrdə ABŞ-da polis zorakılığına qarşı edilən etiraz aksiyalarının Azərbaycanda baş verən polis zorakılığı arasında olan fundamental fərqləri dilə gətirən jurnalistin sözlərinə görə, demokratik ölkələrdə cəmiyyəti narahat edn problemlər hətta küçələrdə belə olsa müzakirə və həll oluna bilir.
“Qərbdə bir balaca mənfi hadisə baş verən kimi dərhal bu tənqidlərlə üzləşirik ki, görürsünüz, heç bir ölkə qüsursuz deyil. Əlbəttə, demokratiyalar qüsursuz deyil. Biz özümüz də illərdir buna çağırış edirik ki, demokratik ölkələrdə problemlər hətta küçələrdə belə olsa müzakirə və həll oluna bilir. ABŞ-da son həftələrdə baş verən hadisələr demokratiyanın məğlubiyyəti yox, təntənəsidir.
ABŞ-da son həftələrdə baş verən hadisələr demokratiyanın məğlubiyyəti yox, təntənəsidir.
İkiqat məhdudiyyətlərə, qadağalar baxmayaraq ölkənin az qala bütün şəhərlərində yüzminlərlə insan küçələrə çıxaraq polis zorakılığına qarşı öz etirazını nümayiş etdirir. Nəticədə bir neçə şəhərdə polisin maliyyəsinin aşağı salınması, bətta bəzi şəhərlərdə polis idarəsinin bütünlüklə ləğv olunması müzakirə olunur. Demokratiyalarda problemlər bu cür həll olunur. İnsanlar küçəyə çıxır, etirazını bildirir, insanların diqqətini məsələyə cəmləşdirir və höküməti dəyişiklik etməyə məcbur edir.
Digər məsələ isə, əgər ölkədə insanlar prezident Trampı sevmirsə bunun çıxış yol seçkidir və noyabr ayında seçkiyə gedərək, səs verərək bu dəyişikliyə nail ola bilərlər. Tutaq ki, bu dəfə də Tramp prezident seçilsə, 4 il sonra o məcbur Ağ Evi tərk etməli olacaq və yeni şəxs gələcək. Azərbaycan kimi ölkələrdə isə bu daha çox “yesən də, yeməsən də soğandır” prinsipi ilə işləyir. “Bizik, döyürük, hakimiyyətdə də qalırıq, küçəyə çıxmayın, danışmayın, danışsanız hərə sizi evinizdən çıxardacam və s.”