Accessibility links

Pandemiya dövründə təhsil haqqı güzəştləri nə dərəcədə effektiv olub?


Pandemiya dövründə təhsil haqqı güzəştləri nə dərəcədə effektiv olub?
please wait

No media source currently available

0:00 0:03:47 0:00

Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar qəbul edib. Qərara əsasən, bu kateqoriyaya aid edilən tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bura ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyninin I və II dərəcə əlilliyi olan şəxslər; işsiz kimi qeydiyyatda olanlar; yaşa görə əmək pensiyaçıları, yaşa görə sosial müavinət alanlar daxildir. Hüquqşünas Sübhan Həsənli hesab edir ki, bu kateqoriyalar heç bir formada aztəminatlı valideynlərin maraqlarına uyğun deyil. Nəzərə alsaq ki, hazırda 160 min tələbə var, bu sərəncamın yalnız 10 min tələbəni əhatə etməsi konstitusiyada qeyd olunan sosial dövlət anlayışı ilə ziddiyyət təşkil edir. "Tələbə tələbi" layihəsinin təsisçisi Rüstəm İsmayılbəyli deyir ki, hazırda pandemiya ilə əlaqədar dərslər online qaydada keçirilir. Buna baxmayaraq, onun təhsil aldığı Bakı Dövlət Universiteti pandemiyadan əvvəl aldığı təhsil haqqı ilə eyni məbləği tələb edir. O deyir ki, bununla bağlı iyun ayında "Tələbə Tələbi"nin Təhsil Nazirliyinə müraciəti olunmuşdu. Lakin Təhsil Nazirliyi onların müraciətini cavabsız qoyub.

XS
SM
MD
LG