Accessibility links

"Məqsədimiz Azərbaycan xalqını ayıltmaqdır" [Video-Müsahibə]


"Məqsədimiz Azərbaycan xalqını ayıltmaqdır"
please wait

No media source currently available

0:00 0:15:02 0:00

Siyasi fəal Orduxan Temirxan Amerikanın Səsinə verdiyi müsahibədə “Diktatoru tanıdaq” kampaniyasının iştirakçılarına qarşı səsləndirilən ittihamlar, 11 apreldə Berlində keçiriləcək mitinq və Avropadakı siyasi fəalların fəaliyyətlərinin məqsədləri haqqında danışıb.

Milli Məclisin deputatları tərəfindən səsləndirilən Avropada yaşayan azərbaycanlı fəalların xalqı, hakimiyyəti təhqir etməsi və erməni lobbisinə işləməsi ilə bağlı ittihamlarla bağlı açıqlama verən Orduxan Temirxan bildirib ki, bu cür şaiyə və əfsanələrin yayılmasında əsas məqsədləri onların apardığımız mübarizəni xalqın yanında gözdən salmaq üçündür.

Biz onun şəklini layiq olduğu yerlərə yapışdırırıq.

“Əli Həsənov deyir ki, onlar dövlətimizin atributlarını təhqir edirlər. Prezident atribut demək deyil. Azərbaycanda və Azərbaycandan kənarda yaşayan hər kəs bilir ki, İlham Əliyev diktatordur. İlham Əliyev necə hakimiyyətə gəlməsi ilə, 4-cü dəfə prezident seçilmək istəməsiylə özünün diktator olduğunu cəmiyyətə sübut edib. Biz də onu şəkillərini ən layiqli yerlərə yapışdırırıq.”

Siyasi fəal onu da əlavə edib ki, məhz onara qarşı bu cür sərt reaksiya verilməsinin səbəbi hökümətin gözləmədiyi bir anda, nəzarət edə bilməyəcəyi bir yerdən onlara qarşı etiraz səsinin yüksəlməsi olub.

“Hökümət illər boyunca xalqın üzərinə qorxu püskürdüb və hər şeyə nəzarət edib. Ancaq bir anda gözləmədikləri bir qüvvə ortaya çıxır. Artıq insanlar da ayılıb. Onlar da qorxmadan sözlərini deyirlər. Bizim kampaniyamıza dünyanın 40-a yaxın ölkəsindən insanlar, gənclər qoşulur, birlik nümayiş etdirirlər. Ona görə də narahatdırlar.”

Biz qanun çərçivəsində, demokratik və hüquqi bir dövlət qurmaq istəyirik.

​11 apreldə Berlindəki Azərbaycan səfirliyinin qarşısında keçirilməsi planlaşdırılan aksiya ilə bağlı sualımızı cavablandıran cənab Temirxan bildirib ki, onların məqsədi ölkədə keçirilən seçkilərlə bağlı Azərbaycanı təmsil edən diplomatik qurumun qarşısında etiraz etməkdir.

“Biz Azərbaycanda keçiriləcək saxta seçkiləri boykot etmək üçün gedirik səfirliyin qarşısına. Bizi tənqid edirlər ki, gedin Ermənistan səfirliyinin qarşısına. İndi biz gedib Ermənistan səfirliyinə deməliyik ki, İlham Əliyev diktatordur? Azərbaycanı təmsil edən bir diplomatik qurum var, o da səfirlikdir. Biz də öz etirazımızı Azərbaycan dövlətini təmsil edən səfirliyin qarşısında edirik.

Məqsədimiz Azərbaycan xalqını, gəncliyini ayıltmaq və bu rejimi devirməkdir.

Səfirlik qarşısındakı mitinqlər və Facebook videoları ilə heç bir şeyə nail olmaq olmaz fikirlərinə də münasibət bildirən siyasi fəal qeyd edib ki, əgər doğrudan da gördüyümüz işlərin heç bir mənası yoxdursa, onda hakimiyyət və müxalifətin içindəki məmur olmaq həvəsində olan insanlar bizə bu qədər basqı etməzdilər.

“Biz Avropada gördüyümüz işlərlə kifayətlənməyəcəyik. Biz hərəkatımızı Azərbaycan xalqınının gözünü açmaqla, onları ayağa qaldırmaqla və rejimi devirməklə bitirəcəyik. Azərbaycan hakimiyyəti sonunda anlamalıdır ki, bu bir bumeranqdır. Azərbaycandan məcburi qovub, qaçırtdığı azərbaycanlılar bunların üzünə qayıdacaq və görürsünüz ki, artıq qayıdıb. Bu da sübut edir ki, Azərbaycan xalqı qorxmur. Biz də bu qorxunu qovmaq üçün özümüzü ortaya qoymuşuq, ölümlə qarşı-qarşıyayıq və sona qədər də gedəcəyik.”

XS
SM
MD
LG