Accessibility links

Orduxan Temirxan: "Mübarizəmi beşqat artıracam"


"Mübarizəmi beşqat artıracam."
please wait

No media source currently available

0:00 0:10:03 0:00

"Mübarizəmi 5 qat artıracam."

“Bu hakimiyyətdən hər bir addımı gözləyirik, amma bu cür absurd cinayət işinin açılmasını, bu qədər düşünülməmiş addım atacağını gözləmirdim,” deyə Orduxan Temirxan barəsində terrorizmə açıq çağırış, kütləvi iğtişaşların təşkili, dövlətə qarşı açıq çağırışlar, dəfələrlə və ya qrupun tərkibində törədildiməsi üzrə maddələrlə axtarış elan edilməsinə reaksiya verib.

Amerikanın Səsinə danışan Temirxan xəbəri aldıqdan sonra açaraq polis bölməsinə getdiyini və öz vəkili ilə görüşdüyünü, orada vəkili ilə görüşdüyünü qeyd edib.

Biz bilirik ki, hansı rejimlə, hansı hakimiyyətlə üzbəüzük.

“Düzü, vəkilim bunu çox ciddi qəbul etmədi. Dedi ki, Azərbaycan hakimiyyətini dünya arenasında ciddiyə almırlar artıq,” deyə Temirxan vəkilinin söylədiyini bildirib.

Siyasi fəal son iki ildə onu iki nəfərin mühafizə etdiyini məlumatlandırıb.

“Onlar müəyyən vaxtdan bir telefonla mənimlə əlaqə saxlayır, evə gəlib evdə dinləyicilər yerləşdirilib yerləşdirilmədiyini yoxlayırlar, xüsusi aparatlarla qapını cəftəsini test edirlər. Bu gün isə məni başqa mühafizə təşkilatı ilə əlaqələndirdilər və dedilər ki, çalşacağıq keçən dəfəki kimi daxili işlər nazirinin münavini ilə məni görüşdürsünlər.”

Orduxan Teymurxan sosial mediada İlham Əliyev hökumətini və ölkədə baş verən hüquq pozuntularını tənqid edir.
Orduxan Teymurxan sosial mediada İlham Əliyev hökumətini və ölkədə baş verən hüquq pozuntularını tənqid edir.

Temirxan tezliklə birbaşa Fransanın Lyon şəhərinə gedərək İnterpolun qərargahına baş çəkəcəyini və “açılan qondarma cinayət işinin” nə qədər legitim olduğunu araşdıracağını bildirib.

“Bunlar bir daha sübut edir bunlar mənim bütün videolarımı, bütün yazdıqlarımı bir-bir izləyib, bir-bir oxuyurlar. Əgər mən hər hansı bir videoda hansısa ixtişaşa çağırış etmişəmsə çıxartsınlar qoysunlar ortaya. Hətta bunu etsələr belə bunlar məni Azərbaycana ekstradisiya edə bilməzlər və onlar da bunu gözəl bilirlər. Onlar sadəcə məni likvidasiya etmək üçün, aradan qaldırmaq üçün belə edirlər. Çünki, onlar əllərindən gələni etdilər ki, məni susdursunlar, amma susdura bilmirlər.”

22 ildir Hollandiya vətəndaşıyam. Azərbaycan vətəndaşı heç vaxt olmamışam. Bunlar məni necə ektradisiya etməyi planlaşdırırlar?

“Mənim fəaliyyətimi Allahdan başqa heç kəs limitləyə bilməz. Canım sağ olduğu, ağzımın söz tutduğu, ayaqlarımın yerdiyi müddətcə mən bu mübarizəni davam etdirəcəm. Bunun məqsədi avropadakı mühacirləri qorxutmaq, məni aradan götürmək üçün plan qurmaqdır. Bu da məni qorxutmur. Məni bu yolda heç nə qorxuda bilməz. Apardığım mübarizənin üstünə də beşqat qoyacam, artıqlaması ilə davam etdirəcəm,” o əlavə edib.

O, Azərbaycan hökumətinin hansı yurisdikisya ilə onun barəsində cinayət işi qaldırdığını və axtarışa verdyini sual altına alıb.

“Mən Azərbaycandan kənara siyasi mühacir kimi getməmişəm. Mən artıq 32 ildir Avropada yaşayıram. 22 ildir Hollandiya vətəndaşıyam. Azərbaycan vətəndaşı heç vaxt olmamışam. Bunlar məni necə ektradisiya etməyi planlaşdırırlar?”

XS
SM
MD
LG